Məktəbin tarixi
Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır.
Məktəbin ilk direktoru Q. Ştrobidler olmuşdur.
1940-cı il sentyabr ayından məktəb 8 saylı 7 illik Uşaq Musiqi məktəbi kimi fəaliyyət göstərmişdir.
1947-ci ildən 1963-cü ilə qədər məktəbə Yeva Plednitskaya rəhbərlik etmişdir.
1963-cü ildən 2007-ci ilə qədər məktəbə Respublikanın Əməkdar müəllimi Rəna Hüseyn qızı Rəhimova rəhbərlik etmişdir.
1989-cu ildə məktəbə dahi bəstəkar Qara Qarayevin adı verilmişdir.
2006-cı ildə məktəb 11 illik musiqi məktəbi statusunu alır.
2007-ci ildən 2016-cı ilə qədər məktəbə Respublikanın Əməkdar müəllimi Kamal Çingiz oğlu Paşazadə rəhbərlik etmişdir.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə məktəbin binası yenidən inşa edilmiş, məktəb müasir avadanlıqlarla və yeni musiqi alətləri ilə təchiz olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05/IX-2013-cü il tarixli 246 nömrəli qərarına əsasən məktəbə Mərkəzi İncəsənət Məktəbi statusu verilmişdir.
2016-cı ildən məktəbə Respublikanın Əməkdar Artisti Əziz Yaşar oğlu Qarayusifli rəhbərlik edir.
2016-cı ilin dekabr ayında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ilə Moskva şəhər Qara Qarayev adına Musiqi Məktəbi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
2018-ci ilin aprel ayında isə əməkdaşlıq müqaviləsi Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ilə Sankt-Peterburq Musiqi Liseyi arasında imzalanmışdır.
Məktəb bu gün
İdarə heyəti