Məktəbin məzunları Respublikanın ali və orta tədris ocaqlarında öz fəaliyyətlərini layiqincə davam etdirirlər. Bundan əlavə Respublikadan kənarda fəaliyyət göstərən məzunlarımız da vardır.
Belə ki, İstanbul Opera Balet Teatrının baş dirijoru Elşad Bağırov, Ankara Simfonik Orkestrinin artisti Rəhim Namazov, BMA-nın dosenti, “Musigi dünyası” jurnalı və “Harmoniya” internet jurnalının redaktoru Tariel Məmmədov, eləcə də Respublikanın Əməkdar artistləri Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) məktəbimizin məzunlarıdır.
Məktəbin 12 məzunu hal-hazırda məktəbimizdə müəllim kimi fəaliyyət göstərir:
Fortepiano ixtisası: Nazilə Bəşirova Səbinə Əliyeva Sevinc Kərimova İnna Mehdiyeva Fəridə Sultanova Nəzəriyyə ixtisası: Lalə Ələkbərova
|
Kamança ixtisası: Şahnaz Muradova Elnur Məmmədov Skripka ixtisası: Səadət Rzayeva Tar ixtisası: Azər Abbasov Vüqar Budaqov Kərim Hüseynov |