“Xalq çalğı alətləri” şöbəsi (kamança və qanun ixtisasları)

Şahnaz Muradova

Muradova Şahnaz Zakir qızı 10 yanvar 1963-cü ildə Bakıda anadan olub. İlk musiqi təhsilini 8 saylı Uşaq musiqi məktəbinin kamança sinfinidə alan Ş. Muradova 1977-ci ildə oranı bitirir və təhsilini Bülbül adına 11 illik orta ixtisas musiqi məktəbində davam etdirir.

1981-ci ildə o, Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Burada iki ixtisas üzrə təhsil alan Ş. Muradova kamança ixtisası üzrə Ədalət Vəzirovdan, orkestr dirijorluğu ixtisası üzrə isə Ağaverdi Paşayevdən dərs alır. 1986-cı ildə hər iki ixtisas üzrə ali təhsili bitirmişdir.

1981-ci ildən bu günədək Q. Qarayev adına 8 saylı onbirillik məktəbin (hazırkı Mərkəzi İncəsənət Məktəbi) kamança ixtisası üzrə müəllimi vəzifəsində çalışır. 2003-cü ildən məktəbin kamança və qanun ixtisasları üzrə “Xalq çalğı alətləri” şöbəsinin müdiridir.

1999 – 2005-ci illər ərzində 37 saylı UMM-də kamança ixtisası üzrə əvəzçi müəllim kimi işləyib. 2005-ci ildən bu günə qədər Azərbaycan Dövlət Filarmoniyasında xalq çalğı alətləri orkestrində musiqiçi kimi fəaliyyətdədir.

Pedaqoji fəaliyyəti ərzində şagirdləri müxtəlif festival və müsabiqələrdə müvəffəqiyyətlə iştirak etmişlər.

2011-ci ilin yekunlarına görə ilin ən fəal müəllimi nominasiyası üzrə fəxri fərmana layiq görülüb.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ