8 – 14 iyun tarixlərində Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində Əməkdar artist Əziz Qarayusiflinin təşəbbüs və təşkilatçılığı ilə bağlanmış əməkdaşlıq müqaviləsi və dostluq çərçivəsində xaricdən dəvət edilmiş bir sıra görkəmli musiqiçilərlə görüş və ustad dərsləri keçirilmişdir.
Qonaqlar məktəbin fortepiano və silmli alətlər şöbəsinin işi ilə yaxından tanış olaraq, bu şöbələrin baçarıqlı şagirdləri ilə ustad dərsləri keçirdilər. Şagirdlər Sankt – Peterburq Musiqi liseyinin direktoru, professor, pianoçu Vitali Romanov, M. M. İppalitov-İvanov adına Moskva uşaq misiqi məktəbinin violin sinfinin müəllimi Lyudmila Yesenina, Moskva M. L. Rostropoviç adına uşaq musiqi məktəbinin qabaqcıl müəllimi Yekaterina Koroleva (violonçel), İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru, beynəlxalq müsabiqələr laureatı, türk dünyasının virtuoz violin ifaçısı Cihat Aşkından bu maraqlı dərsdlərə dəyərli məsləhətlər və tövsiyələr aldılar. Məktəb rəhbərliyi sonda bir neçə gün davam edən bu dərslər üçün görkəmli musiqiçilərə şagird və müəllimlər adından təşəkkür etdi. Qeyd etdi ki, peşəkarlıq səviyyəsinin artırılması, sənətin inkişafı üçün belə görüşlərin keçirilməsi, xarici ölkələrdən dəvət olunan təcrübəli müəllimlərin ustad dərslərinin təşkil edilməsi çox vacib və əhəmiyyətlidir. Öz növbəsində dəvət olunan müəllimlər və professorlar da şagirdlərimizə və onların müəllimlərinə işlərində uğurlar arzuladıllar, keçilən dərslərdən razı qaldıqlarını bildirdlər.