• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi tərəfindən Şəki şəhərində görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə "Azərbaycan ətirli bəstəkar" adlı tədbir keçirilib
Dekabr 16, 2022

16 dekabr 2022-ci il tarixində Şəki Regional Mədəniyyət İdarəsinin dəvəti ilə  Qara  Qarayev adına  Mərkəzi   İncəsənət  Məktəbi  Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəki şəhər Uşaq İncəsənət Məktəbi ilə birgə  görkəmli bəstəkar Fikrət Əmirovun   100 illik yubileyinə həsr olunmuş  “Azərbaycan ətirli bəstəkar ”  adlı tədbir keçirib.

Yüksək zövqlə hazırlanmış tədbir şəkililər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin təşkilatçısı və aparıcısı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi, musiqişünas  Nərgiz   Kərimova tədbir boyunca Fikrət Əmirovun yaradıcılığını işıqlandıraraq, bəstəkarın sehrli musiqi dünyasından söhbət açıb.

Tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri, “Zirvə” folklor instrumental ansamblı ( bədii rəhbər Şəki şəhər Uşaq İncəsənət məktəbinin direktoru Eldar Rəcəbov) və Şəki şəhər Uşaq İncəsənət məktəbinin  XÇA şöbəsinin orkestri  tərəfindən bir birindən gözəl ifalar dinləyicilərə böyük bir musiqi bayramı yaşadıb.

Tədbirin sonunda Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov  Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifliyə, Şəki şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbova, tədbirin aparıcısına və bütün tədbir iştirakçılarına belə bir möhtəşəm konsertə görə öz minnətdarlığını bildirib.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ