• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində yenidən bərpa edilmiş kitabxananın təqdimatı keçirildi
Yanvar 28, 2022

Yanvarın 28-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində yenidən bərpa edilmiş kitabxananın təqdimatı keçirildi.

Tədbirdə məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli  məktəbin çox zəngin kitabxanası olduğunu,  kitabxananın yaranmasında  musiqişünas Nərgiz Kərimova, kitabxanaçılar: Gülnar Tarverdiyeva və Sevda Məmmədova, kitabxananın rəsm əsərləri ilə bəzədilməsində rəssamlıq şöbəsinin müəllimi Əli Ağadadaşovun  böyük əziyyəti olduğunu vurğulayaraq bildirdi ki, 2021-ci  ilin oktyabr ayından yeni təyin edilmiş   kitabxanaçı Ülviyyə Bayramova  kitabxananı yenidən  bərpa edərək,  ixtisaslar üzrə  sistemləşdirmiş,  elektron baza  və kitabxananın kataloqunu yaradıb  və kitabxana istifadəçiləri yeni yaradılmış elektron baza və kataloq vasitəsilə kitabxana ilə yaxından  tanış ola biləcəklər.

Tədbirdə tədris işləri üzrə direktor müavini Mənsurə Quliyeva, şöbə müdirləri və müəllimlər iştirak etdilər.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ