• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi tərəfindən Məzun günü qeyd edildi
İyun 11, 2022

11 iyun 2022-ci il tarixində   Azərbaycan  dövlət  Filarmoniyasının kamera  və  orqan  musiqisi  zalında  Qara  Qarayev  adına  Mərkəzi  İncəsənət  məktəbinin  məzunlarının möhtəşəm və  təntənəli   şəkildə  “Məzunlarımızla  fəxr  edirik”  adlı tədbiri  keçirildi.  Onu da  qeyd  edək  ki,  məzun  günü   musiqi   məktəbləri  arasında  ilk dəfə  olaraq,məhz  Qara  Qarayev  adına  Mərkəzi  İncəsənət  məktəbi  tərəfindən  təşkil  olundu.  Tədbirdə   məktəbin  bütün  şöbələri  üzrə  müxtəlif  alətlərin  ifaçıları   yüksək  səviyyədə  çıxışlar  nümayiş  etdirərək,  dinləyicilərin böyük  alqışları  ilə  qarşılandı.

Məzun  gününün  ideya müəllifi məktəbin Tədris işləri üzrə direktor müavini Mənsurə Quliyeva,  təşkilatçıları isə musiqişünas Nərgiz Kərimova və rəqs müəllimi Emil Pənahov idi.  Musiqişünas   Nərgiz  Kərimova  tərəfindən   nəfis  və  zövqlü şəkildə  hazırlanmış  ssenari   dinləyicilərin  böyük  marağına  səbəb  oldu.

Səhnəyə dəvət olunan hər bir iştrakçı  ixtisas  müəllimlərinin onlara  olan  ürək  sözlərini video sujet  şəklində  izlədi. Olduqca  kövrək anlar  yaşayan  məzunlarımız   ilk növbədə məktəbin müdriyyətinə və  müəllimlərinə dərin minnətdarlıqlarını göz yaşları içində bildirərək, son ifalarını ixtisas  müəllimlərinə həsr etdilər.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev,  məktəb direktorları və digər dövlət qurumlarından təşlif  buyurmuş  qonaqlar  iştrak  edirdi.

Tədbir zamanı Koxlear implantlı uşaqlar qrupu üçün xüsusi  bir  şou  proqram hazırlanmışdı.  Konsertin  sonunda       məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, tədbirdə iştirak edən bütün qonaqlara təşəkkür etdi və öz  ürək  sözlərini,  məzunlara  olan  təbriklərini   bildirdi.

Tədbiri  Koxlear implantlı uşaqlar qrupunun   (bədii rəhbər: Emil Pənahov)  “Yallı” rəqsi yekunlaşdırdı.  Əminik  ki,   Qara  Qarayev  adına  Mərkəzi  İncəsənət  Məktəbinin  ərsəyə  gətirdiyi  bu  tədbir  hələ  uzun  müddət   onu  seyr  edən  dinləyicilərin  yaddaşından  silinməyəcək.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ