• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi tərəfindən Masallı rayonunda “Şuşa ili” çərçivəsində konsert proqramı və ustad dərsləri keçirilib
May 26, 2022

26-27 may tarixlərində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi tərəfindən Masallı rayonunda “Şuşa ili” çərçivəsində  konsert proqramı və ustad  dərsləri keçirilib.

Tədbirin təşkilatçısı və aparıcısı, musiqişünas Nərgiz Kərimova  maraqlı və rəngarəng konsert proqramını Masallı dinləyicilərinə təqdim edib.

Mayın 26-da Masallı şəhər Onbirillik İncəsənət Məktəbində və Cəlilabad rayon Uşaq İncəsənət Məktəbində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin  Tədris işləri üzrə direktor müavini Mənsurə Quliyeva (fortepiano) və müəllimləri: Nurlan Cəfərli (tar),   Becan Hüseynov (qarmon),  Türkay Məlikova (xanəndə)  tərəfindən ustad dərsləri keçirilib.

Masallı şəhər Onbirillik İncəsənət Məktəbində keçirilən ustad dərslərində Yardımlı rayon Uşaq İncəsənət Məktəbinin müəllim və şagird kollketivi də iştirak edib.

Ustad dərsləri kollektivlər tərəfindən maraqla qarşılanıb.

Konsert proqramı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi tərəfindən “Şuşa ili” çərçivəsində     mayın 27-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində  keçirilib.

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov qarşılıqlı əməkdaşlığa görə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifliyə hədiyyə təqdim edərək minnətdarlığını bildirib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusifli də çıxış edərək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə,   qonaqpərvərliyə görə Masallı Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə, o cümlədən Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin kollektivinə və tədbir iştirakçılarına təşəkkür edib.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ