Mart ayının 5-də Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində “8 Mart- Beynəlxalq Qadınlar günü” münasibətilə l siniflərin “Böyük səhnəyə ilk addımlar” adlı tədbir keçirildi.
Konsertin açılışını məktəbin l siniflərindən ibarət xor kollektivi (bədii rəhbər və müəllim Zenfira Nurullayeva) “Qoy həmişə günəş olsun” mahnısı ilə etdilər.
Konsert proqramına I siniflərin rəngarəng proqram nömrələri daxil idi
“Səbinə” (bədii rəhbər: Səbinə İsmayılova) və “Alov” (bədii rəhbər: Emil Pənahov) rəqs kollektivlərinin şux, oynaq nömrələri tədbirə xüsusi bir xoş əhval-ruhiyyə qataraq tamaşaçılar tərəfindən alqışlarla qarşılandı
Xoreoqrafiya və rəssamlıq şöbəsinin şagirdlərinin (müəllimlər: Nigar Şıxəliyeva və Əli Ağadadaşov) bayram münasibətilə çəkdikləri şəkillər isə konsertə özəl bir rəngarənglik qatdı
Tədbirin sonunda Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin direktoru, Azərbaycan Respublikanın Əməkdar artisti, dosent Əziz Qarayusifli l sinifləri ilk səhnə çıxışları münasibətilə təbrik etdi və tədbir zamanı şagirdi ilə avstriyalı bəstəkar Y.Haydnın əsərindən etdikləri bir parça ifaları alqışlarla qarşılandı.
Tədbir iştirakçılarının hamısına diplomlar təqdim edildi.
Konsert zamanı maraqlı video və foto slaydlar nümayiş olundu.
Tədbirin təşkilatçısı və aparıcısı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi, musiqişünas Leyla Həsənova idi.