• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbdir keçirildi
Fevral 2, 2022

Fevralın 2-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbdir keçirildi.

Tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli Por una Cabeza  “Tango” nömrəsinin ifası zamanı qəflətən zaldan ifaçılara qoşularaq həmin nömrənin ifa etməsi bütün tədbir iştirakçıları üçün ən böyük hədiyyə oldu.

Tədbirdə f-no, vokal, orkestr alətləri, xalq çalğı alətləri şöbəsinin müəllim və şagirdləri F.Sücəddinovun “Vətən balladası”, Karl Bomun “Sarabanda”, “Eynuri” rəqsi, F.Əmirovun ”Məhəbbət” rəqsi, T.Quliyevin “Sevgi valsı”, T.Bakıxanovun “Ballada”, S.Raxmaninovun “Elegiya”, Koççini “Ave Mariya”, F.Şopen “Vals”, Por una Cabeza “Tango” və s. kimi nömrələrlə çıxış etdilər.

Tədbirin təşkilatçısı və aparıcısı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin fortepiano şöbəsinin müəllimi,  Respublika və Beynəlxalq müsabiqələr laureatı Mətanət Nurullayeva idi .

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ