• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Haydn-290!” adlı tədbir keçirilib
Aprel 28, 2022

Aprelin 27-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Haydn-290!” adlı tədbir keçirilib.

Tədbirin təşkilatçısı və aparıcısı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Nəzəriyyə şöbəsinin müəllimi Fəriqə Məmmədzadə Vyana klassik məktəbinin  XVIII əsrin ikinci yarısı – XIX əsrin birinci rübündə Avropa musiqisinin zirvəsində bərqərar olması və  bu  məktəb Yozef Haydn, Volfqanq Amadey Motsart və Lyudviq van Bethoven kimi bəstəkarlar tərəfindən təmsil edildiyi,  onların yaradıcılığında dövrün aparıcı instrumental janrları – simfoniya, sonata, instrumental konsert (solist və orkestr üçün) və kvartet, həmçinin sonata-simfonik silsilənin  formalaşması, XVIII əsrin ikinci yarısının görkəmli Avstriya bəstəkarı, simfoniyanın və kvartetin atası” adlandırılan Yozef Haydnın  musiqi tarixinə Vyana klassik simfoniyasının banisi kimi daxil olması barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.

Tədbirdə bəstəkarın həyatı, keçdiyi yaradıcılıq yoluna nəzər salınmış, videoçarxlar, fotoslaydlar təqdim edilib və məktəbin şagirdləri   tərəfindən bəstəkarın  əsərlərindən ibarət ifalar   səslənib.

Tədbirin sonunda məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli çıxış edərək tədbir təşkilatçısına və iştirakçılara öz təşəkkürünü bildirib.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ