7 may tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri Leyla Həsənova, Samirə Musayeva və Elnur Məmmədov qazilərimiz Asif Talıbovun və Rəvan Əzizovun, eləcə də şəhidimiz Nadir Rzayevin anasının yanında ziyarətdə oldular.
Əmisinin adını və soyadını daşıyan qəhrəmanımız elə onun kimi müharibədə, həm də eyni yerdə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Məktəbin müəllimləri, şagird və valideynləri tərəfindən qazilərə maddi yardım edildi.