• Xəbərlər
  • İlk dəfə olaraq azərbaycanlı violin ifaçısı İsveçrə Konfederasiyasının Martini şəhərində yerləşən qədim amfiteatrda təşkil edilən 5 tamaşadan ibarət Opera Festivalının “L’Opera Du Rhöne” adlı layihəsinin orkestrinin konsertmeysteri seçilib
Avqust 6, 2022

İlk dəfə olaraq  azərbaycanlı violin ifaçısı, Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, İsveçrə Konfederasiyasında master-solist pilləsində təhsil alan, Master Specialized Music Performance Soloist (Switzerland), respublika və beynəlxalq müsabiqələr laureatı Cəmilə Qarayusifli İsveçrə konfederasiyasının Martini şəhərində yerləşən qədim  amfiteatrında təşkil edilən   5 tamaşadan ( Giacomo Puccini “Tosca”)  ibarət olan Opera Festivalının  “L”Opera Du Rhöne” adlı layihəsinin orkestrinin konsertmeysteri seçilib.

Dünyanın ən yaxşı musiqiçilərindən ibarət Opera Festivalının   orkestrinin   konsertmeysteri vətənimizi İsveçrədə təmsil edən gənc violin ifaçısı Cəmilə Qarayusiflinin seçilməsi bizim üçün çox böyük fəxrdir.

Bütün tamaşalarına  biletləri satılan layihənin 6 avqust tarixində Opera Festivalının  tamaşalarından biri artıq çox möhtəşəm və tamaşaçı alqışları ilə keçirilib  və 10, 13, 17 , 20 avqust tarixlərində isə növbəti  tamaşalar keçiriləcək.

Dirijor: Sebastian Bagnoud, dünya şöhrətli vokal ifaçıları və  opera teatrların aparıcı solistləri: Brigitte Torney, Delphine Gillot,   Marc Mazuir,  Jeremie Schütz

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ