QARA QARAYEV ADINA MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİ

    

Hörmətli valideynlər! Uşaqlarınızın Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində təhsil almaqlarını istəyirsinizsə, o zaman məktəbin qəbul qaydaları ilə burada tanış ola bilərsiniz

FORTEPİANO ŞÖBƏSİ

İxtisas fortepiano, ümumi fortepiano, ansambl və akkompanement

ORKESTR ALƏTLƏRİ ŞÖBƏSİ

Violin, viola, violonçel, fleyta, klarnet, qoboy, truba, faqot, saksafon, gitara, trombon, akademik vokal

XALQ ÇALĞI ALƏTLƏRİ ŞÖBƏSİ

Tar, kamança, qanun, nağara, qarmon, balaban, saz, xanəndəlik

XOREOQRAFİYA ŞÖBƏSİ

Milli, klassik və estrada rəqsləri

ESTRADA ŞÖBƏSİ

Vokal, gitara, saksafon, zərb alətləri

RƏSSAMLIQ ŞÖBƏSİ

Təsviri incəsənətə marağı olan və müvafiq sahədə ilkin qabiliyyəti olan istedadlı şagirdlərin rəssamlıq dərsləri

Xidmətlərimiz

MUSİQİ İfaçılığı

Uşaq Esrtrada Sənətİ sİnfİ

Xoreoqrafİya

Rəssamlıq və rəngkarlıq

MƏKTƏB HAQQINDA

Məktəbin tarixi

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır. Məktəbin ilk direktoru Q. Ştrobidler olmuşdur. 1940-cı il sentyabr ayından məktəb 8 saylı 7 illik Uşaq Musiqi məktəbi kimi fəaliyyət göstərmişdir. 1947-ci ildən 1963-cü ilə qədər məktəbə Yeva Plednitskaya rəhbərlik etmişdir. 1963-cü ildən 2007-ci ilə qədər məktəbə Respublikanın Əməkdar müəllimi Rəna Hüseyn qızı Rəhimova rəhbərlik etmişdir. 1989-cu ildə məktəbə dahi bəstəkar Qara Qarayevin adı verilmişdir. 2006-cı ildə məktəb 11 illik musiqi məktəbi statusunu alır. 2007-ci ildən 2016-cı ilə qədər məktəbə Respublikanın Əməkdar müəllimi Kamal Çingiz oğlu Paşazadə rəhbərlik etmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə məktəbin binası yenidən inşa edilmiş, məktəb müasir avadanlıqlarla və yeni musiqi alətləri ilə təchiz olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05/IX-2013-cü il tarixli 246 nömrəli qərarına əsasən məktəbə Mərkəzi İncəsənət Məktəbi statusu verilmişdir. 2016-cı ildən məktəbə Respublikanın Əməkdar Artisti Əziz Yaşar oğlu Qarayusifli rəhbərlik edir. 2016-cı ilin dekabr ayında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ilə Moskva şəhər Qara Qarayev adına Musiqi Məktəbi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 2018-ci ilin aprel ayında isə əməkdaşlıq müqaviləsi Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ilə Sankt-Peterburq Musiqi Liseyi arasında imzalanmışdır.

Bizimlə əlaqə

  •   (+994 12) 566-98-97, (+994 12) 566-99-15
  •   Heydər Əliyev, 67, Bakı, Nərimanov, AZ1033
  •   qara.qarayev.68@mail.ru
10

Şöbə

118

Müəllim

659

Şagird

200

Konsert

ƏLAQƏ

Elektron məktub yazma formu