• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “8 Mart – Beynəlxalq Qadınlar günü” münasibətilə tədbir keçirildi
Mart 5, 2022

Mart ayının 5-də  Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində “8 Mart- Beynəlxalq Qadınlar günü” münasibətilə l siniflərin “Böyük səhnəyə ilk addımlar” adlı tədbir keçirildi.

Konsertin açılışını məktəbin l siniflərindən ibarət xor kollektivi (bədii rəhbər və müəllim Zenfira Nurullayeva) “Qoy həmişə günəş olsun” mahnısı ilə etdilər.

Konsert proqramına I siniflərin rəngarəng proqram nömrələri daxil idi

“Səbinə” (bədii rəhbər: Səbinə İsmayılova) və “Alov” (bədii rəhbər: Emil Pənahov) rəqs kollektivlərinin şux, oynaq nömrələri tədbirə xüsusi bir xoş əhval-ruhiyyə qataraq tamaşaçılar tərəfindən alqışlarla qarşılandı

Xoreoqrafiya və rəssamlıq şöbəsinin şagirdlərinin (müəllimlər: Nigar Şıxəliyeva və Əli Ağadadaşov) bayram münasibətilə çəkdikləri şəkillər isə konsertə özəl bir rəngarənglik qatdı

Tədbirin sonunda Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin direktoru, Azərbaycan Respublikanın Əməkdar artisti, dosent Əziz Qarayusifli l sinifləri ilk səhnə çıxışları münasibətilə təbrik etdi və tədbir zamanı şagirdi ilə avstriyalı bəstəkar  Y.Haydnın əsərindən etdikləri bir parça ifaları alqışlarla  qarşılandı.

Tədbir iştirakçılarının hamısına diplomlar təqdim edildi.

Konsert zamanı maraqlı video və foto slaydlar nümayiş olundu.

Tədbirin təşkilatçısı və aparıcısı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi,  musiqişünas Leyla Həsənova idi.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ