Sevda Zeynalova
Zeynalova Sevda Əziz qızı 7 aprel 1954-cü ildə Bakı şəhərində anadan olub. İlk musiqi təhsilini 1961 – 1968-ci illərdə 2 saylı Uşaq musiqi məktəbinin fortepiano sinfində alıb. Daha sonra o, təhsilini F. Dzerjinski adına 11 illik musiqi məktəbində (1968 – 1972) davam etdirib.
1972 – 1977-ci illərdə S. Zeynalova Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında musiqişünaslıq fakültəsində təhsil alır.
1977-ci ildən o, pedaqoji fəaliyyətə başlayır. Belə ki, 1977 – 1980-ci illərdə S. Zeynalova təyinatla Göyçay şəhər musiqi məktəbində, 1980-ci ildən isə 8 saylı musiqi məktəbində (hazırkı Mərkəzi İncəsənət Məktəbi) nəzəriyyə müəllimi vəzifəsində işləyir.
1992-ci ildən S. Zeynalova Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin “Musiqi nəzəriyyəsi” şöbəsinə rəhbərlik edir.