• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Rusiya və beynəlxalq müsabiqələr laureatı, Rusiya Federasiyasının Xalq artisti Valeri Sergeyeviç Popovun sinfinin məzunu İrina Bısova tərəfindən ustad dərsləri keçirilib
Yanvar 23, 2023

23 yanvar 2023-cü il tarixində P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının
məzunu, nəfəs və zərb alətləri kafedrasının müdiri, Rusiya Federasiyasının Xalq artisti Valeri
Sergeyeviç Popovun sinfinin məzunu, Rusiya və beynəlxalq müsabiqələr laureatı, Y.A.Başmetin
rəhbərlik etdiyi Ümumrusiya Gənclər Simfonik Orkestrinin solisti,  hal-hazırda iş fəaliyyətini
Tbilisi şəhərində davam etdirən İrina Bısova tərəfindən Qara Qarayev adına Mərkəzi İncəsənət
Məktəbində faqot ixtisası üzrə ustad dərsləri keçirilib.
Ustad dərslərində Bakı Musiqi Akademiyasının tələbələri, Bakı Şəhər Mədəniyyət Baş
idarəsinin tabeliyində olan musiqi və uşaq incəsənət məktəblərinin şagirdləri, Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Qara Qarayev adına Mərkəzi İncəsənət
Məktəbinin şagirdləri iştirak edib.
İrina Bısova faqotda ifa etməyin sirləri ilə bölüşərək ustad dərslərində iştirak edənlərin
bütün suallarını cavablandırıb.
26 yanvar 2023-cü il tarixində isə Rusiya və beynəlxalq müsabiqələr laureatı İrina Bısova
tərəfindən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində fleyta ixtisası üzrə ustad dərsləri
keçiriləcək.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ