• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi “Tariximizin Zəfər günü” adlı tədbir keçirib
Noyabr 5, 2022

5 noyabr 2022-ci il tarixində   Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi tərəfindən  “Tariximizin Zəfər günü” adlı təntənəli tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının  Dövlət Himni səslənib və Vətən uğrunda canını fəda etmiş, dastana dönən şəhidlərimizin müqəddəs ruhları 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirin təşkilatçısı və aparıcısı məktəbin nəzəriyyə ixtisası üzrə müəllimi, musiqişünas Leyla Həsənova 8 Noyabr – şanlı tariximizə daxil olan Zəfər Günündən, 44 günluk Vətən müharibəsindən, Qarabağa qovuşduğumuz tarixi gün barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Konsert zamanı 44 gün sürən ll Qarabağ – Vətən müharibəsi haqqında müxtəlif  video çarxlar, Şəhidlərimiz haqqında foto slaydlar təqdim olunub.

Tədbirdə məktəbin müəllim və şagirdləri tərəfindən bir birindən gözəl nömrələr səslənib.

Qonaq qismində Latviya Müdafiə Nazirliyi Milli qvardiyanın qadınlardan ibarət Saksafon kvartetinin maraqlı nömrələrlə professional ifaları konsertə xüsusi bir çalar, xoş abu-hava və rəngarənglik qataraq dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Konsertdə mötəbər qonaqlar, Azərbaycan Respulikasının Xalq artisti, dirijor, professor,  Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr xidmətinin rəisi,  General-mayor Yusif Axundzadə, Vətən müharibəsi Şəhidlərinin ailə üzvləri, Qazilərimiz iştirak ediblər.

Məktəbin direktoru Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli  qonaqlara, tədbir təşkilatçısına və bütün iştirakçılara  təşəkkür edib.

Tədbirdə iştirak edən Qazilərimiz və Şəhid anaları  belə bir konsertə dəvət aldıqları üçün öz minnətdarlıqlarını  bildiriblər.

Tədbir zamanı qonaq qismində iştirak edən  Qazimizin 5 yaşlı qızının  səhnəyə çıxaraq, qazilərə, şəhidlərə ürək sözlərinin deməsi və  Vətənpərvərlik haqqında şeir söyləməsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Məktəbin foyesində və akt zalında istedadlı şagirdlərin (müəllimlər Nigar Şıxəliyeva, Əli Ağadadaşov) rəngarəng rəsm əsərləri nümayiş edilib.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ