• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Uşaq hüquqları aylığı” ilə əlaqədar konsert-tədbir keçirilib
Noyabr 24, 2022

24 noyabr saat 14:00-da Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində “Uşaq hüquqları aylığı” ilə əlaqədar konsert-tədbir həyata keçirilib.

Konsertin təşkilatçısı və aparıcısı məktəbin nəzəriyyə şöbəsinin müəllimi Həsənova Leyla idi.

Aparıcı  Uşaq hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində Ombudsman tərəfindən hər il olduğu kimi 2022-ci ildə də 20 oktyabr – 20 noyabr tarixlərinin “Uşaq hüquqları aylığı” elan edildiyini bildirərək çıxış etdi. Çıxış zamanı uşaqlara diqqət və qayğının göstərilməsi, onların hüquqlarının qorunması, maarifləndirilməsi və uşaqlarla düzgün rəftar və davranış qaydalarına dair təşviqatın aparılması haqqında danışıldı. Tədbir zamanı uşaqlarla bağlı foto slaydlar təqdim olunub.

Ardınca musiqi ocağının istedadlı şagirdləri – Əliyeva Banu (f-no), Sultanlı Xedice (f-no), Feyzi Jasmin(f-no), Əlizadə ƏliƏkbər (nağara), Babayev Elton (tar), Nuraylı Fərhad (tar), Əhmədsoy Şahanə (qanon), Məmmədli Nazənin (kamança), Əliyev Ruzi (tar), Qolicina Valeriya (vokal), İsmayılova Aysun (xanəndə) tərəfindən maraqlı, rəngarəng nömrələr səsləndirilib.

Tədbirin sonunda  Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin direktoru, Azərbaycan Respublikanın Əməkdar artisti, dosent Əziz Qarayusifli şagirdlərə uğurlar arzulayıb və  bildirib ki, uşaqlar bizim gələcəyimizdir, onları qorumaq, xüsusi diqqət və sevgi göstərmək bizim borcumuzdur.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ