• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin rəqs müəllimi Səbinə İsmayılova və şagirdləri Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində xəyriyyə tədbiri keçirdib
Oktyabr 21, 2022

21 oktyabr 2022-ci il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin rəqs müəllimi Səbinə İsmayılova və şagirdləri Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində  xəyriyyə tədbiri keçirdib.

Tədbir zamanı Səbinə İsmayılova və şagirdləri sığınacaqda yaşayan uşaqlara ustad dərsləri keçiblər.

Uşaqlar tərəfindən çox maraqla qarşılanan ustad dərslərində  rəqsin növləri haqqında ətraflı məlumat verilib və rəqs elementləri nümayiş etdirilib.

Sığınacaqda yaşayan uşaqlardan biri doğum günü olduğunu bildirib və Səbinə İsmayılova  şagirdləri ilə həmin uşağın doğum gününü qeyd ediblər.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ