• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi “Muğamın beşiyi Şuşa” adlı ədəbi-musiqili gecə keçirib
Oktyabr 26, 2022

26 oktyabr 2022-ci il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi “Muğamın beşiyi Şuşa” adlı ədəbi-musiqili gecə keçirib.

Tədbirin təşkilatçısı və aparıcısı Nəzəriyyə şöbəsinin müəllimi, musiqişünas Pərvin Səfərli Şuşa musiqi məktəb və məclislərindən, xanəndələrimizin yaradıcılığından,  Şuşadan olan adlı-sanlı, nüfuzlu Hacıbəyovlar, Bədəlbəylilər, Əmirovlar, Adıgözəlovlar görkəmli nəsillərdən, Şuşanın Azərbaycan xalqına bəxş etdiyi böyük simalar, sənətkarlar, şəxsiyyətlər, musiqimizin patriarxı Ü.Hacıbəyli,  Xan nəslinin son nümayəndəsi, tək incisi Xurşidbanu Natəvan, Ədib, “Leyli və Məcnun”un ilk dirijoru Ə. Haqverdiyev, İlk ordu generalı Səməd bəy Mehmandarov, teatr rejissoru, aktyor, publisist M. Məmmədov, ölməz, təkrarsız R.Behbudov, İran şahının ordeni ilə təltif edilən Məşədi İsi, Xan qızı Natavanın sevimli xanəndəsi Hacı Hüsü, Səhnəmizin ilk Leylisi Keçəçi oğlu Məhəmməd, xanəndə Məşədi Məmməd Fərzəliyev, Segah İslam kimi tanınan İslam Abdullayev, Bülbülcan kimi tanınan Əbdülbaqi Zülalov, Azərbaycan tarının atası Sadıqcan, tarzən, bəstəkar, müğənni Məşədi Cəmil Əmirov, Azərbaycanın ilk xalq artisti Qurban Pirimov,  Musiqişünqaslar Mir Möhsün Nəvvab, Firudin Şuşinski haqqında   videoslaydlar, video – süjetlər təqdim edərək tədbir iştirakçılarına ətraflı məlumat verib və Azərbaycan tarının atası, böyük novator Sadıqcanın tar ifaçılığı reforması barədə danışmaq üçün məktəbin tar ixtisası üzrə müəllimi Nurlan Cəfərlini səhnəyə dəvət etdi.

Ədəbi-musiqi gecədə məktəbin şagirdlərinin, müəllimlərinin ifasında “Sözsüz mahnı”, “Poema”, “Kimlər gəldi, kimlər keçdi” və s. kimi  gözəl ifalar səslənib və  alqışlarla qarşılanıb.

Tədbirin sonunda məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli tədbir iştirakçılarına və qonaqlara öz təşəkkürünü bildirib.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ