• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi I yerə layiq görülüb
Oktyabr 28, 2022

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xanəndə ixtisası üzrə IV sinif şagirdi  Ömər Məmmədli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi” publik hüquqi şəxsin təşkilatçılığı ilə  8 noyabr- Zəfər gününə həsr olunmuş  “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsində mahnı nominasiyası üzrə 7-14 yaş qrupunda I yerə layiq görülüb.

Məktəbin direktoru, Azərbaycan Respublikasının  Əməkdar artisti, dosent Əziz Qarayusifli müsabiqənin qalibini  təbrik edib və uğurlar arzu edib.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ