• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə “Fikrət Əmirov adlı musiqi bulağı” adlı tədbir keçirilib
Noyabr 15, 2022

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində  15  noyabr 2022-ci il  tarixində görkəmli bəstəkar  Fikrət  Əmirovun  100 illik  yubileyi münasibətilə “Fikrət Əmirov  adlı musiqi bulağı”  rəngarəng konsert  proqramı  təşkil  olunub.

Konsertin təşkilatçısı və aparıcısı, məktəbin nəzəriyyə ixtisası üzrə müəllimi,  musiqişünas Nərgiz Kərimova   Fikrət  Əmirovun  yaradıcılığını  işıqlandıraraq, bəstəkarın  ömür səhifələrini   vərəqlədi.

Tədbir   boyunca   Fikrət Əmirovla  bağlı   hazırlanmış  videoslaydlar  nümayiş  etdirildi.

Tədbirin   fəxri   qonaqları   olan  Sevil  xanım  Əmirova həyat yoldaşı ilə birlikdə konsert proqramından   aldıqları  gözəl  təəssüratlar barədə dinləyicilərlə   bölüşdülər  və  tədbirlə bağlı  Qara  Qarayev  adına   Mərkəzi   İncəsənət   Məktəbinin    yaradıcı   heyətinə   öz  təşəkkürlərini   bildirdilər.

Konsert  proqramında  “Reyhan“ mahnısı,  “Kor  ərəbin mahnısı, “Ala  muğam”,  “Sevgi  rəqsi” ,”Sevilin  ariyası”,  “1001  gecə”   baletindən fraqmentlər,  “Azərbaycan elləri”, “ Laylay”,  “Xatirə”,   “Baharmsan” kimi   əsrarəngiz   əsərləri   dinləyicilərin qəlbini   riqqətə   gətirərək,   alqış  yağışına  qərq  etdi.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli bəstəkarın qızı Sevil Əmirovaya və xanımın həyat yoldaşına, tədbirin təşkilatçısına və tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirdi.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ