“Orkestr alətləri” şöbəsi

Səadət Rzayeva

Rzayeva Səadət İsbəndiyar qızı 31 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur.

İlk musiqi təhsilini Bakı şəhər 8 saylı musiqi məktəbində violin ixtisası üzrə T. Z. Xaytovanın sinfində almışdır. Məktəbi bitirdikdən sonra, o, A. Zeynallı adına Musiqi texnikumuna müəllim Ş. Hüseynzadənin sinfinə qəbul olunur. Burada təhsil aldığı illərdə S. Rzayeva texnikumun kamera orkestrinin solisti olmuşdur. R. Vəliyevin rəhbərliyi altında orkestr Sovet İttifaqının bir çox respublikalarında qastrol səfərində olmuşdur.

Sonrakı təhsilini S. Rzayeva Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında A. Əlizadənin sinfində davam etdirdi.

Oranı bitirdikdən sonra, 1987-ci ildə, o, 16 saylı musiqi məktəbində iş fəaliyyətinə başlamışdır.

2003-cü ildən S. Rzayeva Q. Qarayev adına 8 saylı musiqi məktəbində (hazırkı Mərkəzi İncəsənət Məktəbi) çalışır.

2016-cı ildən məktəbin “Orkestr alətləri” şöbəsinin müdiridir.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ