Azər Abbasov
Abbasov Azər Hüseynağa oğlu 1 sentyabr 1965-çi ildə Bakı şəhərində anadan olub.
1978-ci ildə 8 saylı Uşaq musiqi məktəbinə tar ixtisası üzrə I sinifə qəbul olunub.
1981-ci ildə A. Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil olub.
1985-ci ildə həmin məktəbi qırmızı diplomla bitirərək Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunur.
1990-cı ildən bu günədək Q. Qarayev adına 8 saylı onbirillik məktəbin tar ixtisası üzrə müəllimi vəzifəsində çalışır.
2011-ci ildən məktəbin tar, qarmon, nağara, saz, balaban ixtisasları üzrə “Xalq çalğı alətləri” şöbəsinin müdiridir.