“Xoreoqrafiya” şöbəsi

Məktəbin rəqs sinfi bu tədris ocağına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2013-cü il tarixli 246 nömrəli qərarına əsasən Mərkəzi İncəsənət Məktəbi statusu verildikdən sonra yaradılmışdır. Hazırda məktəbdə iki rəqs kollektivi fəaliyyət göstərir. Onlardan biri “Alov” rəqs qrupudur (bədii rəhbər Emil Pənahov), digəri isə “Səbinə” rəqs qrupudur (bədii rəhbər Səbinə İsmayılova).

Ölkəmizdə keçirilən Azərbaycan və Bakı kuboklarının beş qat çempionu olan “Alov” rəqs qrupu ölkə xaricində də məktəbimizi və ölkəmizi layiqincə təmsil edərək yüksən nailiyyətlər əldə etmişdir. Belə ki, 2015-ci ildə Tbilisidə keçirilən “Qafqaz” kubokuna dəvət alan gənc kollektivimiz orada altı, 2016-cı ildə Moskvada keçirilən Avropa çempionatında isə üç (bir qızıl, bir gümüş və bir bürünc) medal qazanmışdır. Kollektivimizin Moskva qalibiyyəti nəticəsində 2018-ci ilin rəqs üzrə Dünya çempionatı Azərbaycanda keçirildi. Bu dəfə də uşaqlarımız Birinci, İkinci və Üçüncü yerlərə sahib çıxaraq çoxlu sayda kuboklar əldə etmişlər.

“Səbinə” rəqs qrupunun da nailiyyətləri az olmadı. Belə ki, kollektiv 2016 və 2017-ci illərdə Bakıda keçirilən “Save the children’s world” art-festivalındakı çıxışlarına görə diplomlarla təltif olunmuş, 2017-ci ildə Beynəlxalq Qadın Gününə həsr olunmuş İncəsənət və rəqs festivalının diplomantı, “Burning Hearts” Beynəlxalq mədəniyyət festivalının laureatı, 2018-ci ildə “Azerbaijan open cup” və “Traditional & ethnodance” Bakı kubokunun qalibi olmuşdur.

Hər iki kollektiv daim Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan dövlət səviyyəli mötəbər tədbirlərə və Heydər Əliyev fondunun təşkilatçılığı ilə keçirilən Yeni il şənliklərinə dəvət alırlar.

 «ALOV» RƏQS QRUPUNUN BÜTÜN VİDEOLARI

 «SƏBİNƏ» RƏQS QRUPUNUN BÜTÜN VİDEOLARI