RƏSSAMLIQ ŞÖBƏSİ

“Rəssamlıq” şöbəsi

Məktəbin rəssamlıq sinfi tədris ocağımıza Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2013-cü il tarixli 246 nömrəli qərarına əsasən Mərkəzi İncəsənət Məktəbi statusu verildikdən sonra yaradılmışdır.

Hazırda şöbədə 60-a yaxın şagird təhsil alır. Onlar ali təhsilli mütəxəssislərin köməyi ilə rəsm sənətinin inсəliklərinə yiyələnirlər. Bunlar ilk təhsilini Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq texnikumunda (hazırkı Bakı Rəssamlıq Məktəbi), daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (bakalavr pilləsi) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (magistr pilləsi) alan Azərbaycan Rəssamlar İttifaqının üzvü  Nigar Şixəliyeva və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (bakalavr və magistr pillələri üzrə) məzunu Əli Ağadadaşovdur.

Bu illər ərsində şagirdlərimizin şəhərimizin müxtəlif məkanlarında beş fərdi sərgisi keçirilmişdir. Məktəbin rəssamlıq şöbəsinin ilk rəsm sərgisi 28.11.2016-ci il tarixində “Abşeron” qalereyasında təşkil olunmuşdur. Daha sonra istedadlı şagirdlərimizin əl işləri İçəri Şəhərdə açıq havada təşkil olunan 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş  sərgidə, 2 Fevral — Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbirdə, muzey mərkəzində Bakı olimpiya oyunlarına həsr olunmuş sərgidə, Xətai sənət mərkəzində “Baharı birlikdə qarşılayaq” və “Qışı birlikdə qarşılayaq” adlı sərgilərdə, “Yurdumuza bahar gəlir” adlı Respublika rəsm müsabiqəsinin yekun sərgisində, məktəbimizdə keçirilən müxtəlif tədbirlərdə, o cümlədən görkəmli bəstəkar T. Quliyevin 100 illik yubileyində, televiziyada (İTv-nin “Pillə” verilişində) nümayiş olunublar.

Məktəbimizin “rəssamlıq” şöbəsinin şagirdləri müxtəlif illərdə ölkəmizdə keçirilən rəsm müsabiqələrində də iştirak etmişlər.  Belə ki, “Şəhid şəhər”, “Azərbaycanım!” və “Yurdumuza Bahar Gəlir” Respublika Uşaq Rəsm Müsabiqələrində öz rəsm əsərlərini nümayiş etdirən uşaqlarımız burada diplom və hədiyyələrlə təltif olunublar.

The gallery was not found!

28.11.2016. ilk rəsm sərgimiz

Açıq havada sərgi

Xətai sənət mərkəzindəki sərgimiz 2018 “Baharı birlikdə qarşılayaq”

Uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş sərgidən

Tofik Quliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə. Şagird Məmmədova Nəzrin

Pillə Verilişi

Digər tədbirlərdən

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ