Bəhriyyə Allahverdiyeva
Allahverdiyeva Bəhriyyə Kamil qızı 1 sentyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. İlk musiqi təhsilini 1982 – 1989-cu illərdə V. Mustafazadə adına 1 saylı Uşaq musiqi məktəbinin fortepiano sinfində alıb.
1989 – 1993-cü illərdə B. Allahverdiyeva A. Zeynallı adına Musiqi texnikumunda fortepiano ixtisası üzrə təhsilini davam etdirir.
1993 – 1997-ci illərdə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında fortepiano ixtisası üzrə təhsil alır.
1996-cı ildən, o, pedaqoji fəaliyyətə başlayaraq Q. Qarayev adına 8 saylı musiqi məktəbində (hazırkı Mərkəzi İncəsənət Məktəbi) müəllim vəzifəsində çalışır.
2016-cı ildən B. Allahverdiyeva Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin “fortepiano ansamblı və müşayiət” şöbəsinə rəhbərlik edir.