Zenfira Mir-Qədirova

“Ümumi  fortepiano” şöbəsi

Zenfira Mir-Qədirova

Mir-Qədirova Zenfira Məmməd qızı 1959-cu ilin aprel ayında ziyalı ailəsində anadan olub. Anası, Azərbaycanın xalq rəssamı Minəvvər Rzayeva uşaq yaşlarından musiqiyə maraq göstərən qızını Bülbül adına Orta ixtisas musiqi məktəbinə gətirmiş, və burada Z. Mir-Qədirova Əməkdar müəllim Dilarə Mirzəquliyevanın sinfində təhsil almağa başlamışdır. Hələ kiçik yaşlarında ikən Z. Mir-Qədirova  Qara Qarayev kimi dahi bəstəkarın rəğbətini qazanmışdır. Q. Qarayev onun üçün “gələcəyin Motsartı” demişdir.

6-cı sinifdən, o, fortepiano ilə yanaşı bəstəkarlıqla da məşğul olmağa başlayır. Bəstəkarlıq üzrə təhsilini Nazim Əliverdibəyov və Ədilə Hüseynzadənin sinfində alır. Bu illər ərzində Z. Mir-Qədirova uşaq pyesləri, prelyud, violin və fortepiano üçün, simli kvartet üçün pyeslər bəstələmişdir.

Məktəbi iki ixtisas üzrə bitirən Z. Mir-Qədirova daha sonra Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olur.

O, iş fəaliyyətinə erkən yaşlarından başlamışdır. 16 yaşından konsertmeyster işləyən Z. Mir-Qədirova daha sonra Mədəniyyət İşçilərinin Evində “Tumurcuq” uşaq dərnəyinin rəhbəri olmuşdur.

Azərbaycan Dövlət Konservatoriyasının 2-ci kursunda oxuyarkən, o, Q. Qarayev adına 8 saylı musiqi məktəbində (hazırkı Mərkəzi İncəsənət Məktəbi)  çalışmağa başlamışdır. İşlədiyi müddət ərzində bir çox istedadlı musiqiçi yetişdirmişdir.

2015-ci ildən məktəbin həmkarlar ittifaqının sədri və “Ümumi fortepiano” şöbəsinin müdiri vəzifəsində çalışır.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ