ƏMƏKDAŞLIQ GÖRÜŞÜ Q. QARAYEV ADINA MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİNDƏ ƏMƏKDAŞLIQ GÖRÜŞÜ KEÇİRİLDİ

8 iyun 2019-cu il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində musiqi təhsilinin inkişafı, xarici ölkələrin qabaqcıl musiqi məktəbləri, liseyləri ilə təcrübə mübadiləsi aparmaq, digər ölkələrin təhsil sistemi ilə tanış olmaq məqsədilə əməkdaşlıq görüşü keçirilmişdir. Görüşdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Sankt-Peterburq Musiqi liseyinin direktoru Vitali Romanov, M. M. İppalitov-İvanov adına Moskva uşaq misiqi məktəbinin violin sinfinin müəllimi Lyudmila Yesenina, Boçkay Gimnaziyasının (Macarıstan) professoru Papp Kornel, istedadlı musiqiçi, “Art-lider” agentliyinin prodüseri, beynəlxalq və ümumrusiya müsabiqələrinin diplomantı, violin ifaçısı Anar Yusifov və məkətbin direktoru, Respublikanın Əməkdar artisti Əziz Qarayusifli iştirak etdi. Əməkdaşlıq və dostluq çərçivəsində keçirilən söhbət zamanı görüş iştirakçıları Sankt-Peterburq, Moskva, Macarıstanın musiqi təhsilinin hansı istiqamətdə aparılması, onların fəaliyyəti ilə yaxından tanış olmaq, musiqi təhsilinə yanaşma və maraqlı metodiki üsullarını öyrənmək, təcrübə mübadiləsi aparmaq üçün şərait yaratmaq, ölkəmizdə musiqi təhsilinin necə aparılmasından ətraflı söhbətlər apardılar. Gələcəkdə Bakı şəhərinin musiqi və incəsənət məktəblərinin də Q. Qarayev adına Mərkəzi İncəsənət məktəbinin imza atdığı belə layihələrdə fəal iştirakı üçün əməkdaşlıq etmək barədə danışıqlar aparıldı.
Bu ilin oktyabr ayında Boçkay Gimnaziyasının təcrübə mübadiləsi üçün Q. Qarayev adına Mərkəzi İncəsənət məktəbini Macarıstana işgüzar görüşə dəvət etməsi də görüşün gözəl nəticəsi oldu.
Əməkdaşlıq görüşünün sonunda Ə. Qarayusifli qonaqları məktəbin “Alov” rəqs kollektivinin xeyriyyə məqsədilə keçirdiyi hesabat konsertinə dəvət etdi. Musiqişünas Leyla Həsənovanın rəqs tarixi haqqında maraqlı məruzə ilə hazırladığı tədbirə “Ümid yeri” və Bakının bir neçə sığınacaq evindən 40 nəfərə yaxın uşaq dəvət edilmişdi. “Məktəbin xalq çalğı alətlrəi ansamblı (rəhbəri İlahə Hüseynova), “Dəcəl qızlar” rəqs kollektivi (rəhbəri Xalq artisti Cəmilə Bayramova, xoreoqraf Səbinə Pənahova), “Səbinə” rəqs kollektivi (rəhbəri Səbinə İsmayılova) də böyük həvəslə bu xeyriyyə tədbirinə qoşuldu. Konsertə dəvət olunan bütün uşaqlara isə kollektiv adından hədiyyələr təqdim edildi. Sonda qonaqlar adından Vitali Romanov, Ekaterina Yesenina yüksək səviyyədə keçirilən bu gözəl musiqi hədiyyəsindən böyük zövq aldıqlarını xüsusi qeyd etdilər. Məktəbin direktoru Əziz Qarayusifli, xoreoqraf Emil Pənahov isə çıxış edərək hamıya təşəkkür etdilər.

Об авторе: caspian