• Xəbərlər
  • SANKT-PETERBURQ ŞƏHƏRİNDƏ VIII BEYNƏLXALQ MƏDƏNİYYƏT FORUMU KEÇİRİLİR
Noyabr 15, 2019

Azərbaycan Respublikasının nümayəndə heyəti Mədəniyyət Nazirinin müavini Sevda xanım Məmmədəliyevanın rəhbərliyi ilə 14-16 noyabr tarixində Sankt-Peterburq şəhərində keçirilən VIII Beynəlxalq Mədəniyyət Forumunda iştirak edir.
Forum Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin nümayəndələri, Rusiya və xarici ölkələrin Mədəniyyət İdarələrinin və təşkilatlarının rəhbərləri daxil olmaqla 91 ölkənin 1000-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilir.
Noyabr ayının 14-də N. P. Akimov adına Sankt-Peterburq Dövlət Akademik Komediya teatrının Ağ zalında yüksək səviyyədə keçirilən təntənəli açılış mərasimindən sonra Forumun “Təhsil” bölümü çərçivəsində “Uşaq incəsənət məktəbi-2019: təhsil, idarəetmə, inkişaf” və “Teatr sənəti sahəsində əlavə təhsil proqramlarının realizə edilməsi məsələsinin aktuallığı” adlı mövzuya həsr edilmiş konfransı öz işinə başlamışdır.
Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifli Sankt-Peterburq Mədəniyyət Komitəsinin sədri cənab K. E. Suxenkonun xüsusi dəvəti ilə adı çəkilən mövzuya həsr edilmiş konfransın işinə spikerlik edir. Əziz Qarayusiflinin konfransın ilk günündə “Azərbaycan Respublikasının mədəni siyasəti kontekstində Uşaq İncəsənət Məktəblərinin inkişafı” mövzusunda məruzəsi dinləyicilər tərəfindən böyük maraqla dinlənildi.
Konfransın məqsədi uşaq incəsənət məktəblərinin inkişafında aktual problemlərin aradan qaldırılması məsələlərinin müzakirəsi üçün peşəkarlıq baxımından açıq meydanların yaradılmasına, effektli pedaqoji və idarəçilik təcrübəsinin yayılmasına kömək etməkdir.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ