• Xəbərlər
  • MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİNDƏ “UŞAQLAR GƏLƏCƏYİMİZDİR!” ADLI TƏDBİR KEÇİRİLDİ
Noyabr 12, 2019

12 noyabr 2019-cu il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində Uşaq Hüquqları konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində “Uşaq hüquqları aylığı” çərçivəsində “Böyüklər, bizə dəstək olun!” adlı sərgi və şagirdlərin çıxışından ibarət “Uşaqlar gələcəyimizdir!” mövzusunda konsert keçirildi.
Konsert və sərginin açılışndan əvvəl musiqişünas Leyla Həsənova hamını 12 Noyabr Konstitusuya günü münasibətilə təbrik etdi. O, Dövlətin hüquqlarımızı qoruması və hər il olduğu kimi ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində Uşaq Hüquqları Konvesiysının qəbul edilməsi ərəfəsində elan edilən “Uşaq hüquqları aylığı”nın keçirilməsinin əlaqələndirərək, keçirilən tədbirlərin əhəmiyyəti haqqında maraqlı məlumat verdi.
Məruzədə qeyd edildi ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edir. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunur.Hər evin, hər ailənin bəzəyi, yaraşığıolan uşaqlar həm də bir dövlətin, bir millətin sabahı, gələcəyidir.
Tədbirdə məktəbin direktoru Əziz Qarayusifli xalq çalğı alətləri və gənc pianoçuların IV respublika müsabiqələrində qalib olan və fərqlənən şagirdlərə, Macarıstan Respublikasında keçirilən festivalda uğurla iştirak edən şagirdlərə, onların müəllimlərinə diplom, fəxri fərmanlar və Mədəniyyət Nazirliyi adından hədiyyələr təqdim etdi.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ