• Xəbərlər
  • QARA QARAYEV ADINA MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİNDƏ “BAYRAĞIMIZ- QÜRURUMUZDUR!” ADLI DÖVLƏT BAYRAĞI GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLDİ
Noyabr 10, 2019

7 noyabr 2019-cu il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Nərimanov Rayon İcra Hakimiyyəti, YAP Nərimanov rayon və YAP Xətai rayon Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr edilmiş “Bayrağımız-qürurumuzdur!” adlı tədbir keçirildi.

Məktəbin xor kollektivi, Respublikanın Əməkdar müəllimi Zenfira Nurullayevanın rəhbərliyi ilə Azərbaycan Respublikasının Dövlət Himninin canlı ifası, dahi Üzeyir bəyin “Koroğlu” operasının Üvertürası sədaları altında Bayrağımızın səhnəyə gətirilməsi ilə başlanan tədbirdə Bayraq gününə həsr olunmuş videolentin təqdimatından sonra rəsmi hissənin açılışı elan edildi.

Tədbirin qonaqları sırasında millət vəkili Hikmət Babaoğlu, YAP Nərimanov rayon Təşkilatının sədri Təmraz Tağıyev, Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin direktoru Əziz Qarayusifli, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Gənclər Birliyinin ofis rəhbəri Elmar Məmmədovla yanaşı hər iki rayonun fəal gəncləri  iştirak etdi.

Millət vəkili Hikmət Babaoğlu, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev,YAP Nərimanov rayon Gənclər Birliyinin sədr müavini Vüsal Əliyev və YAP Xətai rayon Gənclər Birliyinin sədri Orxan Bayramov üçrəngli bayrağımızın tarixindən maraqlı məruzələrlə çıxış etdilər.

Üçrəngli bayrağımız bu gün dünyanın 70-ə yaxın ölkəsində Azərbaycanın müxtəlif diplomatik nümayəndəlikləri üzərində dalğalanır. Beynəlxalq tədbirlərdə, idman arenalarında qaldırılır və bu, hər bir soydaşımızın qəlbini iftixar hissi ilə doldurur. Xalqımızın ən böyük arzusu bayrağımızın Xankəndində, Şuşada və işğal olmuş digər rayonlarımızda dalğalanmasını görməkdir.

Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığı xüsusi vurğulandı.

Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam etdi. Musiqişünas Pərvin Səfərli qonaqlara Qara Qarayev adın Mərkəzi İncəsənət məktbəinin şagirdlərinin ifasında vətənpərvər ruhda səslənən bir-birindən maraqlı musiqi nömrələri təqdim etdi: müəllim Nuray Bayramova (A. Bəbirov: “Prelüd-skerso”), Nigar Rəhimova (Ü. Hacıbəyov: ”Çırpınırdı  Qara dəniz”), “Alov” (“Bayraq” rəqsi), “Səbinə” (“Sarı gəlin” rəqsi) rəqs kollektivləri, UESS estrada sinfinin  (M.Vəkilov:”Ey, Azərbaycanım!”) çıxışları dinləyicilər tərəfindən rəqbətlə qarşılandı. Musiqi nömrələrinin ifası zamanı  maraqlı videokadrların nümayişi tədbirə xüsusi rəng qatdı. Solistlər Mənzurə Abdurahmanova, Rabil Şirəliyev, xor və rəqs sinfinin ifasında  “Vətənim Azərbaycan!” mahnısının möhtəşəm ifası və qonaqların gurultulu alqışları ilə tədbir yekunlaşdı.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ