2020 — 2021-Cİ TƏDRİS İLİNƏ ŞAGİRD QƏBULU

E L A N

2020-2021-ci tədris ilinə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinə aşağıdakı ixtisaslar üzrə ödənişsiz və ödənişli şöbələrə şagird qəbulu elan edilir:

Fortepiano (7-9 yaş -7 illik təhsil, 9-13 yaş -5 illik təhsil) ;

Simli alətlər (violin, viola, violonçel, gitara) (7-9 yaş -7 illik təhsil, 9-13 yaş -5 illik təhsil);

Nəfəs və zərb alətləri (truba, faqot, klarnet, fleyta, trombon, zərb) (9-13 yaş -5 illik təhsil);

Xalq çalğı alətləri (tar, kamança, qanun, balaban, qarmon, nağara, saz (9-13 yaş-5 illik təhsil);

Vokal, xanəndə (8-13 yaş -5 illik təhsil);

Rəsm sinfinə -9-12 yaş;

Xoreoqrafiya sinfinə- 8-10 yaş.

Ödənişli təhsil üzrə bütün ixtisaslara 7-29 yaşlı uşaq, yeniyetmə və gənclər qəbul edilə bilər.

Sənədlərin qəbulu: 1-20 iyun 2020-ci il

Qəbul imtahanları: 21-30 iyun 2020-ci il

 

Məktəbə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb edilir:

1. Ərizə (forma məktəbdə doldurulur);
2. doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti;
3. sağlamlıq haqqında tibbi arayış;
4. yaşayış yerindən arayış;
5. 3×4 sm ölçüdə iki ədəd fotoşəkil.

• Alınan yaşayış və sağlamlıq haqqında arayışlarda məktəbin adı tam formada -Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi qeyd edilməlidir.
• Sənədlər həftə içi 5 gün saat 11:00-16:00 arasında qəbul edilir.
• Şənbə, bazar və bayram günləri sənəd qəbul edilmir.

Əlaqə: nömrəsi: 566-98-97

Qəbul komissiyası

Об авторе: caspian