• Xəbərlər
  • QARA QARAYEV ADINA MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİNİN ŞAGİRDİ LİTVADA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA AZƏRBAYCANI TƏMSİL ETDİ
Mart 10, 2020

7 mart 2020-ci il tarixində Litvanın Vilnüs şəhərində “Ənənəvi incəsənətin professional musiqinin inkişafina təsiri” adlı musiqi və incəsənət məktəb şagirdlərinin Beynəlxalq Konfransı keçirildi. Konfransda Azərbaycanı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin XI sinif şagirdi Murad Allahverdili təmsil etdi.
Murad məktəbin nəzəriyyə şöbəsinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elmira Pənahova ilə birgə «Азербайджанские лады – сокровищница музыкальной культуры Азербайджана» (“Azərbaycan məqamları – Azərbaycan musiqi mədəniyyə

tinin xəzinəsidir”) adlı təqdimatı hazırlayaraq konfransa göndərdi. Azərbaycan musiqisinin təbliğini özünə əsas götürən məruzəçi təqdimatda dahi Üzeyir Hacıbəyli tərəfindən müəyyən edilmiş Azərbaycan xalq musiqisinin əsasını təşkil edən 7 əsas məqamdan və onların professional musiqidə istifadəsindən bəhs etdi. Məruzədə nümunə olaraq Azərbaycan muğamı ilə yanaşı (təqdimatda “Bayatı-Şiraz” muğamından fraqment səsləndirilib) Azərbaycan bəstəkarlarının müxtəlif janrlarda yazılmış əsərləri də nümayiş olundu. Bunlar Ü. Hacıbəylinin “Koroğlu” operasından Nigarın ariyası (bəstəkar musiqisinin Azərbaycan məqamında yazılması nümunəsi kimi), “O olmasın bu olsun” musiqili komediyasından Məşədi İbadla Rüstəm bəyin dueti (xalq musiqisinin bəstəkar yaradıcılığında istifadəsi nümunəsi kimi), H. Xanməmmədovun tar və simfonik orkestr üçün 2 saylı Konserti (Avropa janrlarına aid olan əsərlərin Azərbaycan məqamı üzərində yazılması nümunəsi kimi), qoboy alətinin ifasında N. Əliverdibəyovun “Elegiya”sı (klassik Avropa alətinin ifasında Azərbaycan məqamında bəstələnmiş musiqi nümunəsi kimi), V. Mustafazadənin işlənməsində “Aman ovçu” xalq mahnısıdır (Azərbaycan lad-məqam sisteminin caz musiqisində tətbiqi nümunəsi kimi).

Qeyd etməliyik ki, Murad Allahverdilinin məruzəsi və təqdimatı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Konfrans təşkılatçısı Nadejda Dambrauskiyene məktəb rəhbərliyinə ünvanlandığı məktubda məruzənin böyük müvəffəqiyyət qazandığını və tamaşaçıların bizim musiqi mədəniyyətimizin unikallığına valeh olduğunu xüsusi olaraq vurğuladı.

TƏQDİMAT (SLAYD)

 

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ