• Xəbərlər
  • QARA QARAYEV ADINA MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİ “İNSAN HÜQUQLARI AYLIĞI” ÇƏRÇİVƏSİNDƏ “UŞAQLAR GƏLƏCƏYİMİZDİR” ADLI SƏRGİ-TƏDBİR KEÇİRDİ
May 29, 2019

Yetişməkdə olan gənc nəsil bu gün böyüklərin, yaşlı nəslin himayəsində inkişaf edərək mənəvi dəyərlərin qiymətləndirildiyi, elmin, incəsənətin çiçəkləndiyi bir mühitdə yaşamağa can atır. Bütün bunları əldə etmək üçün cəmiyyət və dövlət hər bir vətəndaşa insan hüququ, azadlığının müdafiəsi üçün ona verilən bütün hüquqlardan tam istifadə etmək imkanı yaradır. Uşaq və gənclərə göstərilən qayğı, sahib olduqları ən kiçik bir uğur xoşbəxt gələcəyin əsasıdır.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə neçə ildir ki, 18 İyun “İnsan hüquqları günü” kimi qeyd edilir. 28 may 2019-cu il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi “İçərişəhər” DTMQİ-nin dəstəyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə İçərişəhər ərazisində yerləşən Arxeoloji parkda (Ə. Əzimzadə bağı) “Uşaqlar gələcəyimizdir” adlı tədbir keçirdi. Artıq altıncı dəfə təşkil edilən bu sərgi ölkədə 18 maydan 18 iyunadək elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində keçirildi. 25-dən artıq istedadli kiçik rəssam müxtəlif mövzularda 70-dən çox rəsm əsərini bu sərgidə nümayiş etdirdi.
Sərgidə Mədəniyyət Nazirliyinin Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov, Rəssamlar İttifaqının üzvləri, həmçinin azmedi.az saytı, “Düyməcik” uşaq jurnalı, digər kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak etdi. Həmçinin izləyicilərə məktəbin xalq çalğı alətələri və xanəndə sinfi şagirdlərinin ifasında musiqi nömrələri təqdim olundu. Tədbirin sonunda bütün iştirakçılar məktəbin direktoru Əziz Qarayusifli və rəsm sinfinin müəllimi Nigar Şıxəliyeva tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldı.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ