• Xəbərlər
  • QARA QARAYEV ADINA MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİNİN HESABAT KONSERTİ
May 25, 2019

May ayının 24-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin 28 May Respublika Gününə həsr olunmuş hesabat konserti keçirıldi. Musiqişünas Nərgiz Kərimova dinləyiciləri məzmunlu giriş sözü ilə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin musiqi dünyasına səyahətə dəvət etdi. Müsabiqə və festivallarda yüksək nailiyyətlər əldə edən şagirdlərin Respublikanın Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi və Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayiətilə ifa etdikləri əsərlər qonaqlar tərəfindən alqışlarla qarşılandı.Proqrama Y.Haydn, V.Motsart, F.Mendelson, Y.Sibelius,S. Raxmaninov, Herbert L. Klark, H. Xanməmmədov, T. Bakıxanovun yüksək peşəkarlıq tələb edən əsərləri daxil edilmişdi.
Məktəbin tarixinə saysız-hesabsız uğurlar qazandıran məzunla Prezident təqaüdçüsü Zərrin Əliyeva (violin), respublika və beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyevanın (fortepiano) Q. Qarayev adına Mərkəzi İncəsənət məktəbinin kollektivi adından sonuncu dəfə çıxış etmələri kövrək səslənsə də, xüsusi qeyd edildi. Gənc pianoçular:Aylin Babayeva, Səyyarə Əliyeva, Münəvvər Alıyeva, Nigar Rəhimova (vokal), Mehriban Quliyeva (qanun), Əlipşa Şahgəldiyev (trompet), Kənan Namazovun (tar) böyük səhnədə çıxışları rəğbətlə dinlənildi.
Tədbir zamanı ekran vasitəsilə Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbinin 2018/2019-cu tədris ilində gördüyü işlər və qazandığı uğurları əks etdirən foto-slayd nümayiş etdirildi.

 

 

 

 

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ