SANKT-PETERBURQ ŞƏHƏRİNDƏ VIII BEYNƏLXALQ MƏDƏNİYYƏT FORUMU KEÇİRİLİR

Azərbaycan Respublikasının nümayəndə heyəti Mədəniyyət Nazirinin müavini Sevda xanım Məmmədəliyevanın rəhbərliyi ilə 14-16 noyabr tarixində Sankt-Peterburq şəhərində keçirilən VIII Beynəlxalq Mədəniyyət Forumunda iştirak edir. Forum Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin nümayəndələri, Rusiya və xarici ölkələrin Mədəniyyət İdarələrinin və təşkilatlarının rəhbərləri daxil olmaqla 91 ölkənin 1000-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilir. Noyabr ayının 14-də N. P. Akimov […]

MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİNDƏ “UŞAQLAR GƏLƏCƏYİMİZDİR!” ADLI TƏDBİR KEÇİRİLDİ

12 noyabr 2019-cu il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində Uşaq Hüquqları konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində “Uşaq hüquqları aylığı” çərçivəsində “Böyüklər, bizə dəstək olun!” adlı sərgi və şagirdlərin çıxışından ibarət “Uşaqlar gələcəyimizdir!” mövzusunda konsert keçirildi. Konsert və sərginin açılışndan əvvəl musiqişünas Leyla Həsənova hamını 12 Noyabr Konstitusuya günü münasibətilə təbrik etdi. O, Dövlətin […]

QARA QARAYEV ADINA MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİNDƏ “BAYRAĞIMIZ- QÜRURUMUZDUR!” ADLI DÖVLƏT BAYRAĞI GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLDİ

7 noyabr 2019-cu il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Nərimanov Rayon İcra Hakimiyyəti, YAP Nərimanov rayon və YAP Xətai rayon Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr edilmiş “Bayrağımız-qürurumuzdur!” adlı tədbir keçirildi. Məktəbin xor kollektivi, Respublikanın Əməkdar müəllimi Zenfira Nurullayevanın rəhbərliyi ilə Azərbaycan Respublikasının Dövlət Himninin canlı ifası, dahi Üzeyir bəyin […]