«BİZİM ALBERT» 50

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illiyinə həsr edilmiş «Bizim Albert» adlı rəqs festivalının yekun konserti keçirilib. Baş İdarədən BAKU.NEWS-a verilən məlumata görə, tədbirdən əvvəl festivalın təşkilatçıları, qəhrəmanın döyüş dostları, festivalda iştirak edən kollektivlərin rəhbərləri Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun […]

SANKT-PETERBURQ ŞƏHƏRİNDƏ VIII BEYNƏLXALQ MƏDƏNİYYƏT FORUMU KEÇİRİLİR

Azərbaycan Respublikasının nümayəndə heyəti Mədəniyyət Nazirinin müavini Sevda xanım Məmmədəliyevanın rəhbərliyi ilə 14-16 noyabr tarixində Sankt-Peterburq şəhərində keçirilən VIII Beynəlxalq Mədəniyyət Forumunda iştirak edir. Forum Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin nümayəndələri, Rusiya və xarici ölkələrin Mədəniyyət İdarələrinin və təşkilatlarının rəhbərləri daxil olmaqla 91 ölkənin 1000-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilir. Noyabr ayının 14-də N. P. Akimov […]

MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİNDƏ “UŞAQLAR GƏLƏCƏYİMİZDİR!” ADLI TƏDBİR KEÇİRİLDİ

12 noyabr 2019-cu il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində Uşaq Hüquqları konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində “Uşaq hüquqları aylığı” çərçivəsində “Böyüklər, bizə dəstək olun!” adlı sərgi və şagirdlərin çıxışından ibarət “Uşaqlar gələcəyimizdir!” mövzusunda konsert keçirildi. Konsert və sərginin açılışndan əvvəl musiqişünas Leyla Həsənova hamını 12 Noyabr Konstitusuya günü münasibətilə təbrik etdi. O, Dövlətin […]

QARA QARAYEV ADINA MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİNDƏ “BAYRAĞIMIZ- QÜRURUMUZDUR!” ADLI DÖVLƏT BAYRAĞI GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLDİ

7 noyabr 2019-cu il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Nərimanov Rayon İcra Hakimiyyəti, YAP Nərimanov rayon və YAP Xətai rayon Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr edilmiş “Bayrağımız-qürurumuzdur!” adlı tədbir keçirildi. Məktəbin xor kollektivi, Respublikanın Əməkdar müəllimi Zenfira Nurullayevanın rəhbərliyi ilə Azərbaycan Respublikasının Dövlət Himninin canlı ifası, dahi Üzeyir bəyin […]

YENİ TƏDRİS İLİNƏ BÖYÜK İNAMLA

Sentyabrın 16-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin təmirdən sonrakı vəziyyəti ilə tanışlıq və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirildi. Əvvəl məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli qonaqları məktəbin təmirdən sonrakı vəziyyəti ilə tanış etdi. Bildirildi ki, məktəb Mədəniyyət Nazirliyinin dəstəyi ilə təmir edilib və yeni avadanlıqlarla təchiz edilib. Məktəbin kiçik iclas zalı, nəzəriyyə […]

QARA QARAYEV ADINA MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİNİN MƏZUN RƏSSAMLARININ SƏRGİSİ

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə neçə ildir ki, 18 İyun “İnsan hüquqları günü” kimi qeyd edilir. Yetişməkdə olan gənc nəslin hər bir nümayəndəsi üçün cəmiyyət və dövlət insan hüququ, azadlığının müdafiəsi üçün ona verilən bütün hüquqlardan tam istifadə etmək imkanı yaradır. 1 iyun 2019-cu il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində rəssamlıq sinfinin gənc […]

Q. QARAYEV ADINA MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİNDƏ GÖRKƏMLİ MUSİQİÇİLƏRİN USTAD DƏRSLƏRİ KEÇİRİLDİ

8 — 14 iyun tarixlərində Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində Əməkdar artist Əziz Qarayusiflinin təşəbbüs və təşkilatçılığı ilə bağlanmış əməkdaşlıq müqaviləsi və dostluq çərçivəsində xaricdən dəvət edilmiş bir sıra görkəmli musiqiçilərlə görüş və ustad dərsləri keçirilmişdir. Qonaqlar məktəbin fortepiano və silmli alətlər şöbəsinin işi ilə yaxından tanış olaraq, bu şöbələrin baçarıqlı şagirdləri ilə ustad […]

ƏMƏKDAŞLIQ GÖRÜŞÜ Q. QARAYEV ADINA MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİNDƏ ƏMƏKDAŞLIQ GÖRÜŞÜ KEÇİRİLDİ

8 iyun 2019-cu il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində musiqi təhsilinin inkişafı, xarici ölkələrin qabaqcıl musiqi məktəbləri, liseyləri ilə təcrübə mübadiləsi aparmaq, digər ölkələrin təhsil sistemi ilə tanış olmaq məqsədilə əməkdaşlıq görüşü keçirilmişdir. Görüşdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Sankt-Peterburq Musiqi liseyinin direktoru Vitali Romanov, M. M. İppalitov-İvanov adına Moskva […]

QARA QARAYEV ADINA MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİ “İNSAN HÜQUQLARI AYLIĞI” ÇƏRÇİVƏSİNDƏ “UŞAQLAR GƏLƏCƏYİMİZDİR” ADLI SƏRGİ-TƏDBİR KEÇİRDİ

Yetişməkdə olan gənc nəsil bu gün böyüklərin, yaşlı nəslin himayəsində inkişaf edərək mənəvi dəyərlərin qiymətləndirildiyi, elmin, incəsənətin çiçəkləndiyi bir mühitdə yaşamağa can atır. Bütün bunları əldə etmək üçün cəmiyyət və dövlət hər bir vətəndaşa insan hüququ, azadlığının müdafiəsi üçün ona verilən bütün hüquqlardan tam istifadə etmək imkanı yaradır. Uşaq və gənclərə göstərilən qayğı, sahib olduqları […]

QARA QARAYEV ADINA MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİNİN HESABAT KONSERTİ

May ayının 24-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin 28 May Respublika Gününə həsr olunmuş hesabat konserti keçirıldi. Musiqişünas Nərgiz Kərimova dinləyiciləri məzmunlu giriş sözü ilə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin musiqi dünyasına səyahətə dəvət etdi. Müsabiqə və festivallarda yüksək nailiyyətlər əldə edən şagirdlərin Respublikanın Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi […]