2020 — 2021-Cİ TƏDRİS İLİNƏ ŞAGİRD QƏBULU

E L A N 2020-2021-ci tədris ilinə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinə aşağıdakı ixtisaslar üzrə ödənişsiz və ödənişli şöbələrə şagird qəbulu elan edilir: •Fortepiano (7-9 yaş -7 illik təhsil, 9-13 yaş -5 illik təhsil) ; • Simli alətlər (violin, viola, violonçel, gitara) (7-9 yaş -7 illik təhsil, 9-13 yaş -5 illik təhsil); • Nəfəs […]

QARA QARAYEV ADINA MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİ İLƏ SANKT-PETERBURQ ŞƏHƏR 2 SAYLI UŞAQ RƏSSAMLIQ MƏKTƏBİNİN BİRGƏ LAYİHƏSİ

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ilə Sankt-Peterburq şəhər 2 saylı Uşaq rəssamlıq məktəbi arasında əlaqələr möhkəmlənir. 16.11.2018 tarixində VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində Azərbaycanın 2020-ci ildə Forumda “Fəxri qonaq ölkə” statusunda təmsil olunması haqqında Birgə bəyanat imzalanıb. İmzalanma mərasimindən sonra Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və ölkəmizin Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu […]

QARA QARAYEV ADINA MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİNİN ŞAGİRDİ LİTVADA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA AZƏRBAYCANI TƏMSİL ETDİ

7 mart 2020-ci il tarixində Litvanın Vilnüs şəhərində “Ənənəvi incəsənətin professional musiqinin inkişafina təsiri” adlı musiqi və incəsənət məktəb şagirdlərinin Beynəlxalq Konfransı keçirildi. Konfransda Azərbaycanı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin XI sinif şagirdi Murad Allahverdili təmsil etdi. Murad məktəbin nəzəriyyə şöbəsinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elmira Pənahova ilə birgə «Азербайджанские лады – сокровищница […]

«BİZİM ALBERT» 50

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illiyinə həsr edilmiş «Bizim Albert» adlı rəqs festivalının yekun konserti keçirilib. Baş İdarədən BAKU.NEWS-a verilən məlumata görə, tədbirdən əvvəl festivalın təşkilatçıları, qəhrəmanın döyüş dostları, festivalda iştirak edən kollektivlərin rəhbərləri Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun […]

SANKT-PETERBURQ ŞƏHƏRİNDƏ VIII BEYNƏLXALQ MƏDƏNİYYƏT FORUMU KEÇİRİLİR

Azərbaycan Respublikasının nümayəndə heyəti Mədəniyyət Nazirinin müavini Sevda xanım Məmmədəliyevanın rəhbərliyi ilə 14-16 noyabr tarixində Sankt-Peterburq şəhərində keçirilən VIII Beynəlxalq Mədəniyyət Forumunda iştirak edir. Forum Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin nümayəndələri, Rusiya və xarici ölkələrin Mədəniyyət İdarələrinin və təşkilatlarının rəhbərləri daxil olmaqla 91 ölkənin 1000-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilir. Noyabr ayının 14-də N. P. Akimov […]

MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİNDƏ “UŞAQLAR GƏLƏCƏYİMİZDİR!” ADLI TƏDBİR KEÇİRİLDİ

12 noyabr 2019-cu il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində Uşaq Hüquqları konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində “Uşaq hüquqları aylığı” çərçivəsində “Böyüklər, bizə dəstək olun!” adlı sərgi və şagirdlərin çıxışından ibarət “Uşaqlar gələcəyimizdir!” mövzusunda konsert keçirildi. Konsert və sərginin açılışndan əvvəl musiqişünas Leyla Həsənova hamını 12 Noyabr Konstitusuya günü münasibətilə təbrik etdi. O, Dövlətin […]

QARA QARAYEV ADINA MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİNDƏ “BAYRAĞIMIZ- QÜRURUMUZDUR!” ADLI DÖVLƏT BAYRAĞI GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLDİ

7 noyabr 2019-cu il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Nərimanov Rayon İcra Hakimiyyəti, YAP Nərimanov rayon və YAP Xətai rayon Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr edilmiş “Bayrağımız-qürurumuzdur!” adlı tədbir keçirildi. Məktəbin xor kollektivi, Respublikanın Əməkdar müəllimi Zenfira Nurullayevanın rəhbərliyi ilə Azərbaycan Respublikasının Dövlət Himninin canlı ifası, dahi Üzeyir bəyin […]

YENİ TƏDRİS İLİNƏ BÖYÜK İNAMLA

Sentyabrın 16-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin təmirdən sonrakı vəziyyəti ilə tanışlıq və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirildi. Əvvəl məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli qonaqları məktəbin təmirdən sonrakı vəziyyəti ilə tanış etdi. Bildirildi ki, məktəb Mədəniyyət Nazirliyinin dəstəyi ilə təmir edilib və yeni avadanlıqlarla təchiz edilib. Məktəbin kiçik iclas zalı, nəzəriyyə […]

QARA QARAYEV ADINA MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİNİN MƏZUN RƏSSAMLARININ SƏRGİSİ

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə neçə ildir ki, 18 İyun “İnsan hüquqları günü” kimi qeyd edilir. Yetişməkdə olan gənc nəslin hər bir nümayəndəsi üçün cəmiyyət və dövlət insan hüququ, azadlığının müdafiəsi üçün ona verilən bütün hüquqlardan tam istifadə etmək imkanı yaradır. 1 iyun 2019-cu il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində rəssamlıq sinfinin gənc […]