Məktəbin tarixi

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır.

Məktəbin ilk direktoru Q. Ştrobidler olmuşdur.

1940-cı il sentyabr ayından məktəb 8 saylı 7 illik Uşaq Musiqi məktəbi kimi fəaliyyət göstərmişdir.

1947-ci ildən 1963-cü ilə qədər məktəbə Yeva Plednitskaya rəhbərlik etmişdir.

1963-cü ildən 2007-ci ilə qədər məktəbə Respublikanın Əməkdar müəllimi Rəna Hüseyn qızı Rəhimova rəhbərlik etmişdir.

1989-cu ildə məktəbə dahi bəstəkar Qara Qarayevin adı verilmişdir.

2006-cı ildə məktəb 11 illik musiqi məktəbi statusunu alır.

2007-ci ildən 2016-cı ilə qədər məktəbə Respublikanın Əməkdar müəllimi Kamal Çingiz oğlu Paşazadə rəhbərlik etmişdir.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə məktəbin binası yenidən inşa edilmiş, məktəb müasir avadanlıqlarla və yeni musiqi alətləri ilə təchiz olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05/IX-2013-cü il tarixli 246 nömrəli qərarına əsasən məktəbə Mərkəzi İncəsənət Məktəbi statusu verilmişdir.

2016-cı ildən məktəbə Respublikanın Əməkdar Artisti Əziz Yaşar oğlu Qarayusifli rəhbərlik edir.

2016-cı ilin dekabr ayında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ilə Moskva şəhər Qara Qarayev adına Musiqi Məktəbi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

2018-ci ilin aprel ayında isə əməkdaşlıq müqaviləsi Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ilə Sankt-Peterburq Musiqi Liseyi arasında imzalanmışdır.

Məktəb bu gün

Məktəbdə 8 şöbə fəaliyyət göstərir

Hörmətli valideynlər! Uşaqlarınızın Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində təhsil almaqlarını istəyirsinizsə, o zaman məktəbin qəbul qaydaları ilə burada tanış ola bilərsinizI


Qəbul qaydaları

2018-2019-cu tədris ilinin hesabatına əsasən məktəbdə 504 şagird dövlət hesabına, 155 şagird isə ödənişli əsaslarla fortepiano, skripka, violonçel, fleyta, klarnet, qoboy, truba, faqot, saksafon, trombon, vokal (akademik, milli və estrada), zərb alətləri (klassik, estrada), gitara, tar, kamança, qanun, nağara, qarmon, balaban, saz, rəssamlıq, xoreoqrafiya ixtisasları üzrə təhsil alır.

 

Qara Qarayev adına 8 saylı onbirillik musiqi məktəbinin əsaslı təmirdən sonra açılışı.

İdarə heyəti

ƏZİZ QARAYUSİFLİ

ƏZİZ QARAYUSİFLİ
Direktor
Azərbaycan Respublikasının Əməkdar artisti, dosent

MƏNSURƏ QULİYEVA

MƏNSURƏ QULİYEVA
Tədris işləri üzrə direktor müavini

ZENFİRA MİR QƏDİROVA

ZENFİRA MİR QƏDİROVA
Həmkarlar İttifaqının sədri
Yeni Azərbaycan Partiyasının sədri
Ümumi fortepiano şöbəsinin müdiri

EMILIYA QƏDIROVA

EMILIYA QƏDIROVA
Büdcədənkənar ödənişli şöbənin müdiri

ŞAHNAZ MURADOVA

ŞAHNAZ MURADOVA
Xalq çalğı alətləri şöbəsinin müdiri

SƏADƏT RZAYEVA

SƏADƏT RZAYEVA
Orkestr alətləri şöbəsinin müdiri

CƏMİLƏ MUSTAFİNA

CƏMİLƏ MUSTAFİNA
İxtisas fortepiano şöbəsinin müdiri

VƏFA ƏHMƏDOVA

VƏFA ƏHMƏDOVA
Ümumi fənlər üzrə fortepiano şöbəsinin müdiri

NABAT ƏSGƏROVA

NABAT ƏSGƏROVA
Nəzəriyyə şöbəsinin müdiri

ƏLİ AĞADADAŞOV

ƏLİ AĞADADAŞOV
Xoreoqrafiya və rəssamlıq şöbəsinin müdiri

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ