• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində professor Elxan Babayevin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Fevral 28, 2023

28 fevral 2023-cü il tarixində Qara  Qarayev adına  Mərkəzi   İncəsənət  Məktəbində  professor  Elxan Babayevin xatirəsinə həsr olunmuş  tədbir keçirilib.

Tədbirin təşkilatçısı və aparıcısı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi, musiqişünas  Pərvin  Səfərli  öz çıxışında  Elxan Babayevin həyat və yaradıcılığı haqqında  video slaydlar vasitəsilə  tədbir iştirakçılarına ətraflı məlumat verib.

Lap kiçik yaşlarından Elxan müəllimin təlim və tərbiyəsini əxz edən yetirmələrdən biri olan məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli müəllimi haqqında xatirələri ilə bölüşüb və şagirdi Hüseyn Gözəlov ilə birlikdə həmişə olduğu kimi klarnetdə möhtəşəm ifası ilə tamaşaçıları sevindirib.

Tədbirdə  Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının Simfonik orkestrinin solisti Vəli Budaqovun, məktəbin məzunu Mənzurə Abdurrəhmanovanın, BMA-nın müəllimi  Anar Məmmədovun şagirdlərinin (Hüseyn Rzayev  və Məhəmmədəli Paşazadə), məktəbin şagird və müəllimlərinin gözəl ifaları səslənib.

Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi, professor, General-mayor Yusif Axundzadə, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, Azərbaycan Respublikasının Xalq artisti, professor  Zəhra Quliyeva,  Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, bəstəkar, professor Məmmədağa Umudov,  Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, professor Həcər Babayeva, Azərbaycan Respublikasının Xalq artisti, professor Müzəffər Ağamalızadə, sənətşünaslıq üzrə elmlər doktoru, professor Aytac Rəhimova və s. qonaq qismində tədbirdə iştirak edərək Elxan müəllimlə bağlı xatirələri ilə bölüşüblər.

Tədbirin sonunda Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva xüsusilə məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifliyə müəllimini heç vaxt unutmadığına görə, tədbirin təşkilatçısı və aparıcısına, iştirakçılara və qonaqlara  öz təşəkkürünü bildirib.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ