• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Xocalı soyqırımına həsr olunmuş “Qaranlıqdan Aydınlığa” adlı tədbir keçirilib
Fevral 23, 2023

23 fevral 2023-cü il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində əsrin faciəsi olan Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Qaranlıqdan Aydınlığa” adlı tədbir keçirilib.

Məktəbin foyesində Xoreoqrafiya və rəssamlıq şöbəsinin müəllimləri Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Şixəliyeva və Əli Ağadadaşov tərəfindən Xocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Himni səslənib, ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib,  Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb və Xocalı soyqırımına həsr olunmuş, Səidə Haqverdiyevanın rejissorluğu ilə çəkilmiş “Köhnə Çamadanlar” filmi izlənilib.

Vətən Müharibəsi Qəhrəmanı, şəhid, baş leytenant Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, sədr müavini Şahin Əliyev və icraçı direktoru Məhsəti Hüseynova, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Dünya Alpaqut Federasiyasının vitse-prezidenti Emil Rəhimov, Dövlət İdarəçilik Akademiyasının TGT sədri Nihad Təhməzov, “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri Çingiz Bayramov, “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin sədri Kamil Həmidov, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva, layihə rəhbəri Cəlal Əliyev, Azərbaycan Respublikasının Xalq artisti Məmməd Səfa, “Köhnə Çamadanlar” filminin quruluşçu rejissoru Səidə Haqverdiyeva, filmin yaradıcı heyəti, İkinci Qarabağ müharibəsi qazisi Elməddin Əmrahov, “Davam” Gənclər Hərəkatının əməkdaşları, şəhid valideynləri və bir çox gənclər tədbirdə iştirak edib.

Sonda tədbirin təşkilində əməyi və dəstəyi olanlar mükafatlandırılıb.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ