• Xəbərlər
  • Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 105 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Fevral 3, 2023

3 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi tərəfindən Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 105 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Tədbirin təşkilatçısı və aparıcısı, nəzəriyyə ixtisası üzrə müəllim, musiqişünas Nərgiz Kərimova dahi bəstəkarın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi, Azərbaycan Respublikasının Xalq artisti Roza Cəlilova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı və regional uşaq incəsənət və musiqi məktəblərinin direktorları qonaq qismində tədbirdə iştirak edib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərindən ibarət  kamera ansamblı (bədii rəhbər Azərbaycan Respublikasının Əməkdar artisti Vaxtanq İmanov), müəllim və şagirdləri  tərəfindən bir-birindən gözəl ifalar səslənib.

Onuda qeyd edək ki, məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusiflinin şagirdi Hüseyn Gözəlov  ilə birlikdə “İldırımlı yollarla” baletindən “Gitaralı qızların rəqsi” əsərinin klarnetdə möhtəşəm ifaları  (Lenay Seidəli-zadə və Aslana Əliyevanın gözəl rəqslərinin müşayiəti ilə) tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin sonunda Xalq artisti Roza Cəlilova tədbir iştirakçılarını və qonaqları təbrik edərək uğurlar arzu edib.

Beynəlxal Muğam Mərkəzinin foyesində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Xoreoqrafiya və Rəssamlıq şöbəsinin müəllimi Əli Ağadadaşov tərəfindən rəsm əsərlərindən ibarət sərgi təşkil edilmişdir.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ