• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “2 fevral – Gənclər günü” münasibətilə konsert keçirilib
Fevral 2, 2023

Fevralın 1-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “2 fevral- Gənclər günü” münasibəti ilə məktəbin müəllim və şagird kollektivi tərəfindən konsert tədbiri keçirilmişdir.
Tədbirin təşkilatçıları məktəbin nəzəriyyə şöbəsinin müdiri Nabat Əsgərova və müəllim Leyla Həsənova, aparıcı qismində isə məktəbin nəzəriyyə sinfində təhsil alan X sinif şagirdi Nigar Nəbili olmuşdur.
Giriş sözü ilə başlayan aparıcı Nigar Nəbili “2 fevral – Gənclər günü” ilə bağlı geniş məruzə ilə çıxış etmişdir.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin sağlam gənc nəslin yetişdirilməsi ilə bağlı fikirləri, onlara dəstək olması, siyasəti barədə məlumatlar verilmişdir. Bu siyasətin davamçısı olaraq Prezident İlham Əliyevin Ulu Öndərin bizlərə önərdiyi bu ənənələrə sadiq qalaraq daim gənclərin həyat rifahının yaxşılaşdırılması, sosial, iqtisadi yöndə, təhsildə, mədəniyyət və incəsənətdə daim dəstəyini əsirgəməməsi haqda məlumatlar verilmişdir.
Daha sonra tədbirin bədii – musiqili hissəsinə keçid edilmiş, məktəbin orkestr alətləri şöbəsinin şagirdlərinin ifasında bir-birindən gözəl musiqi nömrələri səsləndirilmişdir.
Tədbirdə saksafon, klarnet, faqot, truba, zərb alətləri, qoboy və fortepiano alətin müşayəti ilə şagirdlərin ifası dinlənilmişdir.
Tədbirin sonunda məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli məktəbin müəllim və şagird kollektivinə təşəkkürünü bildirmiş, yeni nailiyyətlər arzulamışdır.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ