• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Ulu öndər, Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Əsarətin qışında ordu quran sərkərdə” adlı tədbir keçirilib
Dekabr 12, 2022

12 dekabr 2022-ci il tarixində Qara  Qarayev adına  Mərkəzi   İncəsənət  Məktəbində  Ulu  öndər,  Ümummilli  lider  Heydər  Əliyevin anım gününə   həsr  olunmuş    ”    Əsarətin qışında ordu quran sərkərdə ”  adlı tədbir keçirilib.

Tədbirin təşkilatçısı və aparıcısı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi, musiqişünas  Pərvin  Səfərli      öz çıxışında  Ümummilli  liderin həyatı , karyerası müxtəlif fəxri adlarla, titullarla zəngin olması,   Azərbaycan Respublikasının prezidenti olaraq “Əsrin müqaviləsi” kimi  XXI əsrin ən böyük enerji layihəsinə imza atması, Müstəqil Azərbaycanın ilk konstitusiyasının müəllifi olması ,  1971-ci ildə  hərbi təyinatlı orta internat məktəbi yaratması və bu təhsil ocağına Azərbaycanın ilk milli diviziyasının komandiri olmuş general Cəmşid Naxçıvanskinin adını verməsi barədə hazırladığı  video slaylaydlar vasitəsilə  tədbir iştirakçılarına ətraflı məlumat verdi.

Tədbirdə “Prelüd Nostalji”, “Heydər Əliyevə İthaf”, Z. Bağırovun  “Prelüd”, F.Əmirovun “Prelüd”,  T.Quliyevin “Lirik mahnı” ,M.Maqomayevin “Azərbaycan” və  məktəbin şagird və müəllimlərindən ibarət kamera ansamblı ( bədii rəhbər Nigar Cavadova)  tərəfindən F.Bədəlbəylinin “Ave Mariya” kimi gözəl ifalar səslənildi.

Tədbirin aparıcısı H.Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırovun müsahibəsini, Ulu öndər Heydər Əliyevin öz ömür-gün yoldaşı, mərhum akademik Zərifə xanım Əliyevaya olan sonsuz sevgisi və bu sevginin etirafinı, Müslüm Maqomayevin Ulu Öndərlə olan xatirələrini bölüşdüyü müsahibəsini və   H.Əliyevə ünvanlanan “Ən çox sevdiyiniz”  rubrikasından 21 sualın cavabını    videolar vasitəsilə tədbir iştirakçılarına çatdırdı.

Tədbirin sonunda məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli Ulu Öndər haqqında çıxış etdi , tədbirin təşkilatçısına, iştirakçılara və qonaqlara  öz təşəkkürünü bildirdi.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ