• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Xan qızı Xurşidbanu Natəvanın  190 illiyinə həsr edilmiş “Şuşanın saf incisi Xan qızı Natəvan” adlı musiqili-poetik gecə keçirilib.
İyun 20, 2022

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Şuşa ili” çərçivəsində  Xan qızı Xurşidbanu Natəvanın  190 illiyinə həsr edilmiş “Şuşanın saf incisi Xan qızı Natəvan” adlı musiqili-poetik gecə keçirilib.

Tədbirdə xan nəslinin  son varisi olan xan qızı Natəvanın həyatı, yaradıcılığı və ictimai fəaliyyəti haqqında söhbət açıldı, video materiallar nümayiş olundu və Vasif Adıgözəlovun yaradıcılığında Natəvan lirikası, onun bir El anası, Şuşa incisi obrazının əks olunması mövzusu dinləyicilərin nəzərinə çatdırıldı.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli, məktəbin müəllimi Mətanət Nurullayeva çıxış edərək Vasif Adıgözəlovun “Natavan” operasından  musiqi nömrələri ifa etdilər. Humay Süleymanbəyli isə şairənin sözlərinə Vasif Adığözəlovun nəfis  “Qərənfil” romansını ifa etdi.

Tədbirdə Xan qızı Natavanın həyat və yaradıcılığını əks etdirən foto slayd nümayiş olundu. Tədbirin təşkilstçıları musiqişünas Nabat Əsğərova və  Pərvin Səfərli idi.

Tədbirin sonunda Xoreoqrafiya və rəssamlıq şöbəsinin müəllimi Əli Ağadadaşov tərəfindən şairənin obrazı ilə bağlı rəsm sərgisi təşkil edildi.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ