• Xəbərlər
  • Özbəkistan Dövlət Konservatoriyasının dəvətilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli ustad dərsləri keçirib
Oktyabr 19, 2022

19 oktyabr 2022-ci il tarixində Özbəkistan Dövlət Konservatoriyasının dəvətilə  Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli çox yüksək səviyyədə ustad dərsləri və tələbələrlə yaradıcılıq görüşü keçirib.

Ustad dərslərində “Nəfəs alətləri“ kafedralarısının şöbə müdiri Rəcəbov Cavlon Həsən oğlu, müəllimlər və tələbələri iştirak ediblər.

Özbəkistan Dövlət Konservatoriyası tərəfindən dosent Əziz Qarayusifli təşəkkürnamə ilə təltif edilib və tədbir iştirakçıları məktəbin direktoruna öz dərin təşəkkürlərini bildirərək keçirilən ustad dərsləri sənətin dərinliyini, rəngarəngliyini üzə çıxararaq tələbələrin peşəkar inkişafında və təkmilləşməsində stimul yaratdığını və müasir dünyada musiqi və mədəni əlaqələrin yaradılmasına müsbət təsirini göstərdiyini vurğulayıblar.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ