21 oktyabr 2022-ci il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin rəqs müəllimi Səbinə İsmayılova və şagirdləri Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində xəyriyyə tədbiri keçirdib.
Tədbir zamanı Səbinə İsmayılova və şagirdləri sığınacaqda yaşayan uşaqlara ustad dərsləri keçiblər.
Uşaqlar tərəfindən çox maraqla qarşılanan ustad dərslərində rəqsin növləri haqqında ətraflı məlumat verilib və rəqs elementləri nümayiş etdirilib.
Sığınacaqda yaşayan uşaqlardan biri doğum günü olduğunu bildirib və Səbinə İsmayılova şagirdləri ilə həmin uşağın doğum gününü qeyd ediblər.