• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində “Nizami Gəncəvi ili” çərçivəsində “Nizami poeziyasının musiqi səltənəti” adlı tədbir keçirilib
Dekabr 22, 2021

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin böyük zalında 22 dekabr 2021-ci il tarixində Nizami və musiqi mövzusuna həsr olunmuş “Nizami Gəncəvi ili” çərçivəsində “Nizami poeziyasının musiqi səltənəti” adlı tədbir-konserti keçirilib.

Konsertdə filosof, mütəfəkkir, dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığına nəzər salınmış, əsərlərinin obraz, məzmun dairəsi haqqında məlumat verildi, Şərq İntibahının yüksək zirvəsi olan Nizaminin idealları, humanist fəlsəfəsi haqqında söhbət açıldı. Aparıcı  Nizamidə musiqi və musiqidə Nizami məzmunu üzrə çıxış edərək şairin yaradıcılığında təsvir olunan böyük musiqi  mədəniyyətindən söz açdı, dövrün musiqi alətləri haqqında videoslayddan istifadə edərək məlumat verdi. Bundan başqa Nizami irsinin bəstəkar yaradıcılığında təcəssümü mövzusunda şairin əsərləri əsasında yazılan, musiqi mədəniyyətimizi zənginləşdirən əsərlərdən danışıldı. Nizami irsinin miniatür, xalçaçılıq sənətinin inkişafına təsiri, dünya çapında araşdırılması, yaradılan beynəlxalq mərkəzlər haqqında məlumat da tədbirin əsas hissələrindən biri idi.

Tədbirdə Qara Qarayevin “Yeddi gözəl ” baletindən “Aişənin rəqsi” Babayeva Aylin, (müəllim Quliyeva Mənsurə); “Hind gözəli” Səfərli Kövsər və Mustafina Cəmilə (müəllim Mustafina Cəmilə),  “Aişənin ölümü” müəllim Mətanət Nurullayeva,  “Sevgili canan” Nazənin Məmmədli (konsertmeyster Mərmin Rzayeva, müəllim Musayeva Şahnaz) əsərləri səsləndi.

C.Cahangirovun “Qəzəl” əsəri isə məktəbin xalq çalğı alətlərindən ibarət ansamblınin ifasında səsləndi- Solist Abdulla Mərdiyev (balaban), Nəbi Quliyev (tar), Elnur Məmmədov ( kamança),  Samirə Musayeva ( fortepiano)

Konsert həmçinin rəqs nömrələri ilə rövnəqləndirildi. Q.Qarayevin ” Yeddi gözəl” baletindən rəqs süitası ifa olundu,” Çin gözəli” – Musayeva Solmaz (müəllim İsmayılova Səbinə), “Gözəllər gözəli” – Kərimova Çiçək ( müəllim İsmayılova Səbinə),”Sənətkarların rəqsi” Mənsurlu Müzəffər, Pənahova Eliana (müəllim Pənahov Emil).

Şagirdlər Qurbanova Fatimə və Əsilbəyli Fərid şairin lirik Divanından “Öylə bir ixtiyar olsaydı məndə” adlı qəzəlini ifa etdilər (udda müşaiyət edirdi Kərimov Murad, müəllim Cəfərli Nurlan).

Yuxarı sinif şagirdləri “Sirlər xəzinəsi” poemasından tar, kaman və balabanın müşaiyəti ilə “Harun-ər-Rəşidlə dəlləyin dastanı” hekayətini səsləndirdilər.

Tədbirdə Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı videoçarxvə slaydlar göstərildi.

Məktəbin rəsm şöbəsinin müəllimləri Nigar Şıxəliyeva və Əli  Ağadadaşov şagirdləri tərəfindən tədbirdə  Nizami mövzusunda rəsm sərgisi təşkil edilmişdi.

Tədbirin təşkilatçısı və aparıcısı nəzəriyyə şöbəsinin müəllimi, musiqişünas Pərvin Səfərli idi.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ